Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözləri qıymaq yaxşı görməyə kömək edirmi?
Gözləri qıymaq yaxşı görməyə kömək edirmi?

Bəzən daha yaxşı görmək üçün gözlərimizi qıyırıq. Bəs gözləri qıymaq həqiqətən görməyə kömək edirmi?

Bizimyol.info xəbər verir ki, gözün lensi obyektlərdən əks olunan işığı göz əzələlərinin köməyi ilə gözün arxasındakı tor qişa (torlu qişa) deyilən yerə toplayır. Beləcə, bu hissədəki işığa həssas çubuq və konus şəkilli hüceyrələr sayəsində işıq elektromaqnit stimullara çevrilir. Görmə aktı ona görə baş verir ki, insan beyni bu stimulları görüntü kimi emal edir.

Görmə qabiliyyətiniz pisdirsə, məsələn, bulanıq görürsünüzsə, mühitdə müxtəlif bucaqlardan gələn işığın olması, göz qapağınızın fokuslanmasını çətinləşdirir. İşıq çirklənməsini yaradan da budur. Belə bir vəziyyətdə gözlərinizi qıydığınız zaman göz qapaqlarınızla ətrafdakı lazımsız işığın qarşısını ala bilərsiniz.

Görünüşün bulanıq olduğu hallarda, gözlərini qıymaq dünyaya daha kiçik bir dəlikdən baxmaq effektinə malikdir. Bu, daha aydın görməyə imkan verir. Təbii ki, göz qapağının başqa bir maraqlı cəhəti də var ki, o, uzaqda və ya yaxında olmasından asılı olmayaraq cisimləri daha yaxşı görmək üçün əyilib şəklini dəyişə bilən quruluşa malikdir. Lakin müəyyən yaşdan sonra linzanın uzanma həddi azalır.

Qeyd edək ki, qocalıq görmə qabiliyyətinin zəiflədiyi bir mərhələdir. Gözünü qıymadan da aydın görmək mümkündür. Bunun üçün göz əməliyyatı keçirmək laızmdır. Bu, gözün ön hissəsinin formasının dəyişdirilməsi ilə həyata keçirilir. Prosedur lazer metodunun tətbiqi ilə aparılır. Bu əməliyyatı keçirən bəzi insanlar “gözüm lazerlə cızıldı” deyə bildirirlər. Bu cür tibbi tətbiqlərin nəticəsi insandan insana dəyişdiyi üçün həkimə müraciət etmək son dərəcə zəruridir, əks halda arzuolunmaz nəticələrlə rastlaşa bilərsiniz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »