Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nevroloji xəstəlikərin əlamətləri hansılardır?
Nevroloji xəstəlikərin əlamətləri hansılardır?

Son dövrlər nevroloji problemlərlə əlaqədar Kliniki Tibbi Mərkəzə müraciət edən pasiyentlərin sayında artım müşahidə olunur. Mərkəzdən yerli mətbuata verilən məlumata görə, təxminən hər ay 1800-2000 nəfərə yaxın insana Mərkəzin Nevrologiya şöbəsində ambulator xidmət göstərilir. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

Bəs nevroloji xəstəlikərin əlamətləri hansılardır?

Mütəxəssislərin fikrincə,nevroloji xəstəliklərin bir neçə ümumi əlamətləri var. Ayaqlarda boşalma hissi, ünsiyyətdə və anlamada çətinlik, təkrarlanan baş ağrıları, huşun itməsi, bulanıq görmə və ani çəpgözlüyün müşahidə edilməsi nevroloji xəstəliyin əlaməti ola bilər.

İnfeksiyalar, travmalar, vuruşlar, qıcolmalar və şişlər beyin xəstəliklərinin əsas kateqoriyalarından bəziləridir. Bir sinirin zədələnməsi beyinə və ya beyindən gələn siqnalların ötürülməsini dayandıra bilər. Bu, əzələlərin işləməsinə mane ola bilər və sinirin çatdığı bölgədə uyuşmaya səbəb ola bilər. Sinir lifləri pisləşdikdə beyindən ən uzaqda olan sinirin ucu ölür və izolyasiyada heç bir pozulma olmur.

Baş ağrısı (xüsusilə gecələr), bulantı, qusma, ikiqat görmə, bulanıq görmə, özündən getmə (epizodik tutmalar), balans və yeriş pozğunluqları, qollarda və ayaqlarda uyuşma və ya güc itkisi, unutqanlıq, şəxsiyyət pozğunluqları, nitq pozğunluqları və s. müşahidə edildiyi zaman mütləq həkimə müraciət edin.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, nevroloji xəstəliklərin bir çox səbəbləri var. Bura depresiya, iqlim şəraitinin dəyişməsi, qəbul edilən qidaların tərkibi və s. daxildir.

“Ümumiyyətlə təkcə Azərbaycanda deyil, bütün dünyada həyat şərtləri dəyişib. Bu insanlara müxtəlif şəkildə təsir edir. Sinirləri daha həssas olan insanlar isə, nevroloji xəstəliklərdən əziyyət çəkir Bur müxtəlif xəstəliklər aid edilə bilər. Çünki adi bir sinirin iltihablanması bütün orqanizmə təsir edə bilər” - deyə Rəvanə Quliyeva qeyd edib.

Psixoloq həmçinin bildirib ki, mobil telefonlar da nevroloji xəstəliklərə səbəblər sırasındadır. Onun sözlərinə görə, iqlim dəyişikliyi də böyük təsir göstərdiyi üçün artıq nevroloji xəstəliklər də gəncləşib. Belə ki, məktəbli uşaqlarda nevroloji xəstəliklər, ürək xəstəlikləri və s. xəstəliklər müşahidə edilir. Qarşısını almaq isə təəssüf olsun ki, insanın əlində deyil.

“Əgər tarazlığınızda narahatlıq hiss edirsinizsə, unutqanlıq və baş ağrıları varsa gec olmadan həkimə müraciət edin. Özünü üçün 30 saniyə testini yoxlayın. Əgər bir ayağınız üzərində tarazlığınızı itirmədən 30 saniyə dayana bilirsinizsə, bu sizin nevroloji baxımdan sağlam olduğunuzu göstərir. Ən yaxşı diaqnoz üçün isə, həkimə müraciət edin” - deyə həkim bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »