Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İsraili yağış oğurluğunda ittiham edir: "Buludlar İrana çatmır"
İran İsraili yağış oğurluğunda ittiham edir: "Buludlar İrana çatmır"

Çin və ABŞ-ın texnologiya liderləri olduğu “bulud səpilməsi” texnikası Yaxın Şərqdə gərginliyə səbəb olur. Belə ki, İran rəsmiləri İsrail və BƏƏ-ni “yağışlara müdaxilə etməkdə” ittiham edir. Tehran bildirir ki, xarici müdaxilə ilə erkən yağıntılar əmələ gəlir və buludlar İrana çata bilmir.

Bizimyol.info xəbər verir ki, iqlim dəyişikliyi və artan su tələbi ilə quraqlığın getdikcə daha çox hiss olunduğu Yaxın Şərq ölkələrində yağış buludları qonşu ölkələr arasında gərginliyə səbəb olur. Çaylar üzərində qurulan hər yeni bəndlə gündəmə gələn “su müharibələri” artıq yağış yağmamışdan əvvəl buludlar üstündə gedir.

Quru mövsüm və bəzi əyalətlərində içməli su çatışmazlığı yaşayan İran 2018-ci ildən bəri qonşu ölkələrin yağışları “oğurlamasından” narahatdır.

İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan briqada generalı Qulam Rza Cəlali 2018-ci ildəki quraqlıqla bağlı çıxışında deyib : “Həm İsrail, həm də başqa bir ölkə İranda yağışın qarşısını almağa çalışır”.

Qeyd edək ki, Qulam Rza Cəlainin həmin çıxışda adı çəkilməyən ölkə bu yaxınlarda bulud səpmə proqramını işə salan Birləşmiş Ərəb Əmirlikləridir.

Məlumat üçün bildirək ki, Yaxın Şərq və Şimali Afrikanın 19 ölkəsindən 12-də son 30 ildə yağıntılar 20 faiz azalıb.

Onu da əlavə edək ki, məsələn, BƏƏ-də 1960-cı illərdə 100 min olan əhali bu gün 10 milyona çatıb. BƏƏ-də suya olan tələbat artıq əsasən duzlu suyun duzsuzlaşdırılması hesabına ödənilir. Bununla belə, hər bir təmizləyici qurğunun tikintisi təqribən 1 milyard dollara başa gəlir və işləmək üçün tələb olunan enerji “bulud səpmək”dən xeyli yüksəkdir. Bu şəraitdə BƏƏ yağış yağdırmaq üçün hər il yüz milyonlarla dollar xərcləyəcəyini bəyan edib.

Sonda qeyd edək ki, əvvəllər Çinin qonşuları və ABŞ-dakı ştatlar bir-birlərini “buludları oğurlamaqda” ittiham edirdilər. Lakin  bu mövzuda hələ heç bir hüquqi və texniki tənzimləmə yoxdur.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »