Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş prezidentin özünə oxşayan oğlu
Keçmiş prezidentin özünə oxşayan oğlu

Rusiyanın keçmiş prezidenti, baş naziri Dmitri Medvedev liberallığı ilə yadda qalıb. Düzdür, Kreml rəsmisi son vaxtlar özünü qeyri-adekvat aparır. O, alkoqolizmdən əziyyət çəkir, sosial mesajları təhqirlə zəngin olur. Buna baxmayaraq, Medvedev Vladimir Putinin sadiq əqidə yoldaşı statusunu qoruyur.

Bizimyol.info xəbər verir ki, keçmiş prezidentin oğlu İlya Medvedev obrazca atasına çox oxşayır. O, mətbuat səhifələrində görünməyi xoşlamır. Amma kiçik Medvedevin siyasətdə ilk addımları atması heç kimə sirr deyil. İlya “Vahid Rusiya” partiyasına üzv yazılıb. Onun şərab biznesi olduğu, Moskvanın bahalı ərazilərindən sayılan Rublyovkada yaşadığı bilinir.

İlya həmişə adi məmur övladı həyatı sürüb. Universitetdə oxuyanda başqalarından fərqlənməməyə çalışıb, bir dəfə hətta “Yeralaş”a çəkilib. Erkən gənclik dövrünün başlanğıcında atasının oliqarx dostunun şirkətində işə düzəlib. Əlbəttə, məvacibi yenə belə bahalı həyata imkan verə bilməz. İlya böyüdükcə atasına oxşamağa başlayıb. Yəni xəyalpərəst-yenilikçi obrazını Rublyovkada yaşayan “Vahid Rusiya” məmuruna dəyişib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 2016-cı ildəki məzunları həmin gün çıxış edən “Serebro” qrupunun qonorarını və restoranın xərclərini ödəmək iqtidarında deyildi. Meydana 21 yaşlı İlya Medvedev çıxmışdı. O, bütün xərcləri üzərinə götürmüşdü. Hərçənd, İlyanı tanıyanlar deyir ki, keçmiş prezidentin oğlu pulu havaya sovurmağı xoşlamır.

“Meduza”nan kiçik Medvedev haqqında hazırladığı sənədli filmdə qız dostlarından biri onun haqqında belə deyir: “Əsl Moskva intelligensiyasının nümayəndəsidir: tərbiyəli, mədəni. Beləsini adaxlı kimi evə gətirsən, anan çox bəyənər. Qızların həmişə xoşuna gəlib. Axı necə xoşuna gəlməyə bilər?!”

İlya Medvedev İlya Medvedev

Başqa tanışları İlyanın yaraşıqlı simasının arxasında həm də incə yumorunun gizləndiyini bildirir. Onunla hər mövzuda danışmaq olar. Təkcə siyasətə yaxın durmağı xoşlamırmış.

İlya öz gücünə universitetə daxil olanlarla yoldaşlığa üstünlük verirmiş. Qızlardan biri deyir ki, ali məktəbə ən yüksək balla qəbul olunanda Medvedevin oğlu ilə birlikdə oxuyacağını ağlına da gətirmirmiş. Tezliklə onu hamı ilə birlikdə Rublyovkadakı malikanəyə dəvət ediblər. Burada şəxsi kinoteatrı görəndə təəccübünü gizlədə bilməyib.

Əlbəttə, keçmiş prezidentin, baş nazirin oğlu olması həyatına təsir göstərib. İlya institutda dərslərə iki cangüdənlə gəlirmiş. Amma ali təhsil ocağında Medvedevdən də çox qorunan tələbələr varmış. Məsələn, bir qız beş cangüdənlə hərəkət edirmiş.

Tələbə yoldaşlarından biri deyir ki, onun yaxınlığında olanda həmişə izlənməkdən ehtiyat edirlərmiş. Sevdiyi qızın isə sosial media hesabları ələ keçirilibmiş. Yəni onu ən yüksək səviyyədə yoxlayırlarmış.

İlya hər qarşısına çıxan kafedə əyləşmirmiş. Əvvəlcədən yer müəyyənləşdirilir, xüsusi xidmət orqanlarına məlumat verilirmiş.

İlya tələbə yoldaşlarının yadında çoxlu ideyaları olan şəxs kimi qalıb. Amma onun atasının da formalaşdırdığı Rusiyada bütün bunları həyata keçirmək mümkünsüzdür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »