Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa və Almaniya arasında gərginlik artıb
Polşa və Almaniya arasında gərginlik artıb

Fransada rəsmi səfərdə olan Polşanın Baş naziri Mateuş Morawiecki Yelisey sarayında Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra Fransa Sahibkarlar İttifaqının (MEDEF) təşkil etdiyi toplantıya qatılıb.

Bizimyol.info xəbər verir ki, iclasda açıqlamalar verən Morawiecki Fransa ilə ortaq qonşuları olan Almaniyanın şərq siyasətini tənqid edib.

O, Avropanın həm enerji, həm də bir çox başqa sahədə nə qədər etibarsız tərəfdaşlarının olduğunu bildirib.

“Ortaq qonşumuz Almaniyanın şərq siyasəti itirilmiş siyasətdir. Almaniya da bu itirilmiş siyasətin fərqindədir”,-deyə  Morawiecki bildirib.

Baş nazir Morawiecki, Avropa daxilində birliyin qurulmasının vacibliyini vurğulayaraq, “AB olaraq, günün çətinlikləri ilə birlikdə qarşılaşmalıyıq. İrəli getmək istəyiriksə, hərəkətləri dəyişdirməliyik. Ya biz Avropa olaraq birlikdə çalışıb yelkənlərimizi açacağıq, ya da xəyal gəmisinə çevriləcəyik”,- deyib.

Epidemiya dönəmindəki iqsadi vəziyyət və bunun ardınca Rusiyanın Ukraynanı əzmək istədiyi amansız müharibənin yaşandığı çətinliklərdən bəhs edən Baş nazir Morawiecki, enerji və ərzaq böhranının üfüqdə olduğuna diqqət çəkib və onları “Apokalipsisin dörd atlısı” olaraq xarakterizə edib.

Rus qazı ilə bağlı danışan Morawiecki, “Bu gün Rusiya ucuz qazının bədəlini Ukrayna qanı ilə ödəyir. Çox uzun müddətdir ki, Rusiya qazının aşağı qiyməti Fransa istisna olmaqla, bir çox qonşu ölkələrimiz üçün vacib olub”,-deyə bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »