Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstandan Türkiyənin ünvanına hədələyici bəyanat
Yunanıstandan Türkiyənin ünvanına hədələyici bəyanat

Münasibətlərin gərgin olduğu Ankara-Afina xəttində Yunanıstandan daha bir anti-Türkiyə bəyanatı gəlib.

Bizimyol.info xəbər verir ki, bu ilin əvvəlində iki ölkə arasında yaxşı olan münasibətləri Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin may ayında ABŞ -a səfəri və orada Türkiyə əleyhinə bəyanatlar səsləndirməsi gərginləşib.

Şərqi Aralıq dənizi və Egeydə gərginliyin yüksək olduğu bir vaxtda Yunanıstan hökumətinin sözçüsü İoannis Oikonomou açıqlama verib. Yunanıstan hökumətinin sözçüsü mətbuat konfransında az qala Türkiyəni hədələyib.

Xatırladaq ki, ötən gün Ankara NATO müttəfiqliyinin ruhuna zidd olaraq Yunanıstan S-300-lərinin radarı açdığını açıqlamışdı. Bu açıqlama Yunanıstan administrasiyası tərəfindən təkzib edilsə də, Oikonomou öz tonunu sərtləşdirib.

Mətbuat konfransı keçirən Yunanıstan rəsmisi “Ölkəmizin müdafiə qabiliyyəti istənilən təhlükəni aradan qaldıracaq qədər güclüdür. Müttəfiqlərimiz bizim tərəfimizdədir və biz haqlı olaraq özümüzə aid olan problemləri effektiv şəkildə aradan qaldıra bilərik”.

O, Yunanıstan hökumətinin səylərinin uzunmüddətli olduğunu və Türkiyənin fürsətçi davrandığını deyərək Ankara rəhbərliyini hədəf seçib: “Bir çox ciddi mövzularda, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı heç bir açıqlama vermədən tərəfimizi ifadə etmişik. Son zamanlar Türkiyənin Rusiya ilə yaxınlaşması, Qərbin tətbiq etdiyi sanksiyaları həyata keçirməməsi, bunun müqabilində Ukraynaya açıq dəstək verməsi Qərbdə çaşqınlıq yaradıb”,- deyə o, bildirib.

Yunanıstan rəsmisi əlavə edib: “Yunan diplomatiyası ölkənin Avropa Birliyi, ABŞ və müttəfiqlərinin mövqeyi ilə bağlı bütün dünyadan dəstək almağı bacarıb”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »