Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satatacaq
ABŞ Tayvana 1,1 milyard dollarlıq silah satatacaq

Politico-ya görə, ABŞ prezidenti Co Bayden Konqresdən özünü müstəqil dövlət elan edən Tayvan adasına 60 gəmi əleyhinə raket və 100 hava-hava raketi də daxil olmaqla təqribən 1,1 milyard dollarlıq silah satışını təsdiq etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Qeyd edilir ki, ilkin mərhələdə olan paketə 355 milyon dollara 60 AGM-84L "Harpoon Block II" raketi, 85,6 milyon dollara 100 ədəd "AIM-9X Block II Sidewinder" taktiki raketləri və müşahidə radar müqaviləsi üçün 655,4 milyon dollar dəyərində digər silahlar daxildir. Bu barədə nəşrə məsələdən xəbəri olan üç nəfər məlumat verib.

"Sidewinder" raketləri Taypeyin ABŞ istehsalı olan "F-16" qırıcılarını təmi etmək üçün istifadə olunacaq.

Çinin öz ərazisi iddia etdiyi Tayvan regionun ən fəal demokratik quluşlarından birinə çevrilməkdədir və ABŞ qanunla Tayvanı özünü müdafiə vasitələri ilə təmin etməyə çalışdığını iddia edir.

Yeni silahların hesabatı ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu ayın əvvəlidəki səfərindən sonra ada ətrafında dənizdə və havada misli görünməmiş hərbi təlimlər keçirərək Tayvanı nəzarətə götürmək üçün gücdən istifadəni istisna etməyən Çinlə artan gərginlik fonunda gəlir.

Bazar günü ABŞ iki döyüş gəmisini "naviqasiya azadlığı" təlimində boğazdan Tayvan istiqamətinə göndərdiyi barədə məlumat yayıb.

Bayden administrasiyası bildirişi rəsmiləşdirdikdən sonra sövdələşmə Konqresin xarici əlaqələr komitələrinin təsdiqini gözləməyə ehtiyac duyacaq. Politico bildirib ki, qanunvericilərin satışla bağlı palnı təsdiqləyəcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »