Yunanıstanın türk təyyarələrini "S-300" raket sistemindən təqib etməsinə reaksiya verən Milli Müdafiə naziri Hulusi Akar, “Bu cür açıq-aşkar təkəbbür, bu cür ehtiyatsızlıq qəbuledilməzdir. Donanmamız, quru və hava qüvvələrimiz hər hansı bir təqib olduqda güzəştə getmir və etməyəcək də”, - deyə o bildirib.
Bizimyol.info xəbər verir ki, Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Yunanıstanın son hava məkanı təhlükəsizliyinin pozulması və qırıcı təyyarələrə qarşı təcavüzlərinə toxunaraq: “Təəssüf ki, Egeydəki bu pis qonşu müxtəlif yollarla bizə təcavüzə məruz qoyur. Gəlin bir daha açıqlayaq ki, artıq donanmamız, quru və hava qüvvələrimiz növbəti dəfə hər hansı təzyiqlə qarşılaşsa güzəştə getməyəcək”, - deyib.
Yunanıstanın Lozanna və Paris razılaşmalarını pozaraq Egey adalarını silahlandırdığını vurğulayan Akar sözlərini belə davam etdirib: "Avqustun 23-də Hadisə oldu. Əvvəllər biz amerikalılarla hava məkanımızı müdafiə etmək üçün uzaq mənzilli regional hava hücumundan müdafiə sistemləri üçün danışdıq, bizə Patriot hava hücumundan müdafiə sistemi vermədilər. Fransızlarla danışdıq, "SAMP-T" vermədilər. Biz gedib "S-400" aldıq. Yer yerindən oynadı, "siz bunu necə ala bilərsiniz?" - deyə. İndi isə avqustun 23-də bunun alt modeli olan "S-300"lər NATO-da fəaliyyət göstərən türk "F-16"larını radardan kilidləyib. Pis qonşumuzun etdiklərini görmək, başa düşmək və izah etmək lazımdır. Bu cür açıq-aşkar həyasızlıq, bu cür ehtiyatsızlıq yolverilməzdir”, - deyə nazir qeyd edib.
Yunanıstanın “təyyarələri tanımırıq” açıqlamasını verdiyini xatırladan Akar: “Planlar hər yerdə dərc olunub, proqramlar hazırlanıb, 22 avqustda Türkiyə Hərbi Hava Qüvvələri ABŞ təyyarələrini müşayiət edəcək, bir neçə gündən sonra yunanlar onları müşayiət edəcək. Onlar yalana və inkara əl atır, bu pis qonşuluqdur”, - deyib.
Qadir, Bizimyol.info