Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz Makronun “Avropa siyasi icması” yaradılnası ideyasını bəyənib
Şolz Makronun “Avropa siyasi icması” yaradılnası ideyasını bəyənib

Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makronun yeni “Avropa siyasi icması” yaratmaq ideyasını dəstəklədiyini bildirib. O, bunun Avropa İttifaqından kənar tərəfdaşlarla daha sıx dialoq aparmağa imkan verəcəyini bildirib və Qərbi Balkanlar, Gürcüstan, Moldova və Ukrayna dövlətlərini qəbul etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.

"Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstan Aİ-nin bir hissəsi olmalıdır", - deyə Şolz bazar ertəsi Praqadakı Çarlz Universitetində çıxış edərkən vurğulayıb. O hesab edir ki, bu, Avropa İttifaqının maraqlarına uyğundur.

Kansler yeni siyasi icmanın yaradılması ideyasına toxunaraq: "Belə bir birlik - və bu mənim üçün vacibdir - Aİ-nin qarşıdan gələn genişlənməsinə alternativ deyil", - deyib. Onun fikrincə, Aİ liderlərinə ildə bir və ya iki dəfə tərəfdaş ölkələrlə əməkdaşlığın mərkəzi məsələlərini müzakirə etməyə imkan verən forum yoxdur. Onların arasında Şolz təhlükəsizlik, enerji və qlobal istiləşmə ilə mübarizə məsələlərini qeyd edib.

Yeni “Avropa siyasi icması”nın yaradılması ideyası Makron tərəfindən irəli sürülüb və bununla da yaxın gələcəkdə Avropa İttifaqına daxil olmaq perspektivi olmayan ölkələrlə qarşılıqlı əlaqələri yaxşılaşdırmaq istəyir. Fransa lideri belə ölkələr sırasında Ukraynanın da adını çəkib.

Aİ-nin inkişafına toxunan Şolz mühüm xammal tədarükü məsələsində vahid Avropanın müstəqilliyinin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib. "Bizə "Made in Europe 2030" strategiyası kimi bir oyun planı lazımdır", - deyə kansler bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »