Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: Bürclərin görünməyən xüsusiyyətləri
Ulduz falı: Bürclərin görünməyən xüsusiyyətləri

Bürclərin görünməyən xüsusiyyətləri var. Sevdikləri rəng, qoxu, rəqəm, sevdikləri daş…

Bizimyol.info oxucular üçün bürclərin sevimli rənglərini, rəqəmlərini, qoxularını araşdırıb.

Qoç bürcü

Qoçlar lazım olduqda idarə etməyi sevən və liderlik xüsusiyyətlərinə malik olan şəxslərdir.

Qoç bürclərinin rəngi qırmızı, nar çiçəyi və onun tonlarıdır. Onun xoşbəxt daşı hematitdir. Hematit daşının başqa adı qan daşıdır. İnsanlara dinclik verən və stress alan hematit daşı Qoç bürcünün birdən parlayan enerjisini tarazlaşdırmaq üçün idealdır.

  • Yaqut da Qoçla əlaqəlidir. Hərəkət etməkdə çətinlik çəkənlər və liderlik etmək istəyənlər Yaqut daşı taxırlar.
  • Uğurlu rəqəmi 9-dur. 9-cu gün və 9-cu ay onlara uğur gətirir. Onun şanslı günü çərşənbə axşamıdır.
  • Ona düşərli qoxu mixək, portağal və nar çiçəyi qoxularıdır.
  • Qoçlar isti iqlim olan və idmanla rahat məşğul ola biləcəkləri hər yerdə yaşaya bilərlər.

Buğa bürcü

İnadkar, qərarlarını çox asanlıqla dəyişdirə bilməyən, səbirli, tədbirli, maddiyyat və rahatlığı sevən, gözəlliyi və keyfiyyətli yaşamağı sevən Buğalar, yoxsul olsalar da, sonrakı illərdə zənginləşəcəklər.

  • Buğa bürclərinin rəngi yaşıl, çəhrayı və onun tonlarıdır. Şans daşı, almazdır. Almaz evlilik, məhsuldarlıq və sevgi çağırmaq üçün çox yaxşı enerji verir.
  • Uğurlu rəqəmi 6 olan Buğa bürcünün uğurlu günü cümə günüdür.  6-cı gün, ayın 6 -sı və 6 cı ay Buğa üçün uğurludur.
  • Onun qoxusu maqnoliya, yasəmən, qızılgül kimi kəskin qoxulardır.
  • Buğalar məskunlaşdıqları yerdən asanlıqla köçməyi sevmirlər. Evlərində rahat və dəbli mebellərə üstünlük verirlər.

Əkizlər bürcü

Dəyişkən, mehriban, mülayim Əkizlər bürcü daxil olduqları hər mühitdə özlərini sevdirirlər. Əkizlər bürcünün həyatları da zaman-zaman dəyişkəndir, həyatda sevdikləri hər şey bir anda istiqamətini dəyişə bilər.

  • Onun xoşbəxt daşı jade və əqiqdir. Əqiq pis gözdən qoruyur, jade depressiya və sıxıntı üçün yaxşıdır.
  • Onun uğurlu günü çərşənbədir.
  • Uğurlu sayı rəqəm 5-dir.
  • Rəngi sarı, boz, açıq mavi və qaradır. Onun qoxusu lavanda, nanə, səhləb və yasəmən qoxularıdır.

Xərçəng bürcü

Analıq xüsusiyyətləri ilə ürəkləri fəth edən Xərçəng bürcünə hər an köməyə ehtiyacınız olanda tapa bilərsiniz. Ancaq çox kövrək tərəfləri olan Xərçəngi nəyin qırdığını anlamaq çətindir.

  • Onun xoşbəxt daşı ay daşı, mirvari və mavi əqiqdir. Ay daşı xəyalların aktivləşməsini və çəki nəzarətini təmin edir. Ay daşı, mirvari və mavi əqiq ana və uşaq arasındakı əlaqəni gücləndirir.
  • Onun uğurlu günü bazar ertəsidir.
  • Şanslı rəqəmlər 3 və 7-dir.
  • Rəngi ağdır. Ağ xərçənglərin saf və təmiz xeyirli tərəflərini göstərir.
  • Onun ətri çobanyastığı, jasmin və limondur.

Şir bürcü

Lider, istiqanlı, yardımsevər Şirlərin eqosunu incitmək olmaz.

  • Onun xoşbəxt daşı günəş daşı və kəhrəbadır. Günəşdaşı və kəhrəba enerjilərini balanslaşdırmaq, motivasiya etmək və pis enerjilərin qarşısını almaq üçün mükəmməldir.
  • Şir bürcünün uğurlu rəqəmi 5-dir.
  • 5-ci ay, ayın 5-i onlara uğur gətirəcək.
  • Onun uğurlu günü Günəş günü olan bazar günüdür. Onun uğurlu rəngi sarı və narıncıdır. Qoxusu müşk və sitrusdur.

Qız bürcü

Vasvası, çalışqan, xidmət etməyi sevən, ağıl və məntiqə çox əhəmiyyət verən və bir az da Merkuri bürcü olduğu üçün maraqlı olan Qız bürcü, sevdikləri insanların rifahı üçün çalışır.

  • Qız bürcünün daşı qırmızı əqiqdir. Ağıl və məntiqi ön planda tutan Qız bürcünün stressli tərəfləri də var. Qırmızı əqiq stressi aradan qaldırır, ürək sağlamlığını dəstəkləyir, qan damarlarını qoruyur və gücləndirir.
  • Uğurlu rəqəmi 6-dır.
  • Uğurlu günü çərşənbədir.
  • Qız bürcünün rəngi yaşıl, mavi və qəhvəyi tonlardır.
  • Onun qoxusu sümbül və akasiyadır.

Tərəzi bürcü

Xeyirxah, mülayim, sevgi dolu, gözəllik və estetika tərəfdarı olan, ədalətli tərəflərini və girdikləri hər mühiti tarazlamağı sevən Tərəzilər gözəllik salonlarını və modanı da çox sevirlər.

  • Onun xoşbəxt daşı strin, çəhrayı kvars və zümrüddür. Sevgi və pul enerjisini artırmağa xidmət edən bu daşlar Tərəzi bürcünün vazkeçilməzləridir.
  • Uğurlu rəqəmləri 6 və 9 olan Tərəzilərin uğurlu günü cümə günüdür.
  • Rənglər çəhrayı, qızılgül və mavi çalarlardır.
  • Onun qoxusu çobanyastığı və nərgizdir.

Əqrəb bürcü

Qüdrəti və sevgisi ilə hər şeyi əldə edə bilən, küllərindən yenidən doğulan, dostlarına həqiqi dost olan və düşməninə acımayan Əqrəblər yaxşını da, pisi də unutmazlar.

  • Əqrəblərin uğurlu daşı qranatdır.
  • Uğurlu rəqəmləri 9, uğurlu günləri isə, çərşənbə axşamıdır.
  • Əqrəbin uğurlu rəngi qaradır.
  • Qoxulardan ədviyyat qoxuları sevirlər.

Oxatan bürcü

Oxatan macəraçı, əylənməyi və anı yaşamağı sevən, bürcdür. Bir çox mədəniyyətləri və ölkələri tanımaq istəyirlər. Qalıcı əlaqələr qurmağı sevirlər. Dini simvollar və müxtəlif kitabları olan kitabxana Oxatan bürcünü çox sevindirir.

  • Uğurlu daşlar ametist və topazdır.
  • Uğurlu rəqəmləri 5 və 7-dir. Uğurlu günü cümə axşamıdır.
  • Oxatan bürcünün rəngi bənövşəyidir.
  • Sevimli qoxusu lavanda qoxusudur.

Oğlaq bürcü

Səbirli və işləməyi sevən Oğlaqlar gənc yaşlarından həyatda çətin şərtlərlə qarşılaşsalar da, müəyyən bir müddətdən sonra zirvəyə ucalacaqlar.

  • Onun xoşbəxt daşı sapfir və lapisdir. Səbr və nizam-intizamı simvolizə edən bu daşlar həyatda çətinliklər qarşısında döyüş gücünü artırır.
  • Onun şanslı günü şənbə günüdür.
  • Uğurlu rəqəmi 8-dir.
  • Rəngi qara və tünd qəhvəyidir.
  • Onun ətri sümbül və bənövşə qoxusudur.

Dolça bürcü

Dəyişkən, ağıllı, zehni və düşüncələri ilə gələcəyi görmə qabiliyyətinə malik Dolça bürcləri təkcə özləri üçün deyil, ətrafdakı bir çox insanın rifahı üçün də düşünən humanist bir bürcdür.

  • Onun uğuru daşı ametist və sapfirdir.
  • Şanslı rəqəmləri 4 və 8-dir. Uğurlu günlər çərşənbə və şənbə günləridir.
  • Rəngi, sürməyi və mavi tonlardır.
  • Sevimli ətirləri anis və lavandadır.

Balıq bürcü

Duygusal, mərhəmətli, əli açıq olan Balıq bürcü, həyatda özlərindən əvvəl başqalarının xoşbəxtliyini düşünür, arzularını arxa plana atırlar.

  • Onun xoşbəxt daşı ametist və mərcandır. Mərcan bəd nəzər və mənfi enerjilərə qarşı faydalı olsa da, hərəkət və canlılıq enerjisi verir.
  • Şanslı nömrələr 7 və 11-dir. Onun uğurlu günü cümə axşamıdır.
  • Rəngi bənövşəyi və mavi çalarlarıdır.
  • Onun sevimli qoxuları jasmin, qızılgül və portağal çiçəyi qoxularıdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »