Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya milyarderlərinin gəmiləri Türkiyə sularındadır”
“Rusiya milyarderlərinin gəmiləri Türkiyə sularındadır”

İngiltərənin “The Times” qəzeti Rusiya-Ukrayna müharibəsinə görə sanksiyaya məruz qalan Rusiya oliqarxlarının yenidən lüks yaxta və gəmilərini Türkiyə ərazi sularında gizlətməyə başladığını yazıb.

Bizimyol.info xəbər verir ki, araşdırma aparan və cari məlumatları təhlil edən qəzet, ümumi dəyəri milyardlarla dollar olan gəmilərin Egey və Aralıq dənizi sahillərində lövbər saldığını yazıb.

Qəzet yaxtalardan 3-nün Bodrumdan 35 km uzaqlıqda lövbər saldığını bildirib və "Türkiyənin Egey və Aralıq dənizi sahillərində sanksiyaya məruz qalan oliqarxlara aid ən azı 9 yaxta gözləyir",- deyə yazıb.

Türkiyədə gözləyən gəmilərin təxmini dəyərinin 2,5 milyard dollar olduğunu qeyd edən qəzet daha bir detalı açıqlayıb. Belə ki, qəzet bu lüks yaxtaların keçən ilki mövqelərinə diqqət çəkib. Qəzetin yazdığına görə, keçən ilin eyni dövründə bu gəmilərin heç biri Türkiyədə olmayıb və həmin gəmilərin böyük əksəriyyəti Fransa, İtaliya, İspaniya və Yunanıstanda dayanıb.

Roman Abramoviç də daxil olmaqla bir çox oliqarxın lüks qayıqlarının Türkiyə sahillərində olduğu bildirilsə də, oliqarxların orada olub-olmaması ilə bağlı heç bir açıqlama verilməyib.

Digər tərəfdən qəzet Türkiyə ilə Rusiya arasında artan yaxınlığın Qərbin narahatlığına səbəb olduğunu da xatırladıb.

Bundan əlavə, Rusiya oliqarxı Leonid Mixelsona məxsus “Pacific” lüks yaxtasının Karib dənizindən Türkiyəyə gəldiyi və səyahət zamanı izləmə sistemini deaktiv etdiyi də bildirilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »