Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın ordunu böyütməsi müharibənin gedişatını dəyişəcəkmi?
Rusiyanın ordunu böyütməsi müharibənin gedişatını dəyişəcəkmi?

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Rusiya ordusuna 137 min əlavə əsgərin əlavə edilməsi haqqında fərmanı şərh edib.

Bizimyol.info xəbər verir ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək fərman hökumətdən buna uyğun büdcə yaratmağı tələb edir.

Fərmanla Rusiyanın artıq bir milyonu keçən əsgərlərinin sayı 1,15 milyona yüksələcək. Məlumat üçün bildirək ki, hazırda Rusiya ordusunda 900 min mülki işçi var.

Britaniya Müdafiə Nazirliyi bu addımın Ukrayna müharibəsinə təsir etməyəcəyini bildirir və qismən müharibədəki itkilərlə əlaqələndirilir.

Nazirliyin açıqlamasında bildirilir ki, əlavə kadrların qəbulunun könüllülərlə, yoxsa icbari hərbi xidmət çərçivəsində aparılacağı bəlli deyil.

Onu da əlavə edək ki, Britaniya Müdafiə Nazirliyi Putinin fərmanı ilə atılacaq addımların Ukraynada balansı dəyişməyəcəyini aşağıdakı əsaslarla izah edir:

1. Rusiya ordusu Ukraynada on minlərlə əsgərini itirib.

2. Məcburi hərbi xidmətlə yanaşı, yeni çağırışçılar çox aşağı səviyyədədir.

3. Hərbi xidmətə çağırılanların Rusiyadan kənarda xidmət etmək öhdəliyi yoxdur.

Məlumat üçün bildirək ki, Rusiyada 18-27 yaş arası kişilər bir illik icbari hərbi xidmətə tabedirlər. Lakin tələbə olduğunu sübut edən və ya səhhətində problem olanlar icbari hərbi xidmətdən azad edilir.

Xatırladaq ki, Moskva məcburi hərbi xidmətdə olanların Ukraynaya göndərilməsi ilə bağlı iddiaları rədd edir. Bildirilir ki, əsgərlərin müqavilələr imzalayaraq Ukraynaya getməyə məcbur edildiyi ilə bağlı bəzi hallar aşkar edildikdən sonra bununla əlaqəli ordu rəsmiləri istintaqa cəlb olunub.

Qeyd edək ki, Qərb ölkələrinin hərbi mənbələri Rusiyanın Ukraynada 6 ay davam edən işğalında təxminən 70-80 min əsgərin öldüyünü və ya yaralandığını bildirir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »