Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriptovalyuta fırıldaqçılığı sürətlə yayılır
Kriptovalyuta fırıldaqçılığı sürətlə yayılır

Son zamanlar kriptovalyutalar Avstraliyada kredit kartı fırıldaqçılarının yeni hədəfinə çevrilib. Artıq fırıldaqçılar ödəniş istədikləri zaman ödəniş üsulu kimi kriptovalyutalara üstünlük verirlər.

Bizimyol.info xəbər portalı xəbər verir ki, artıq hər kəs kriptovalyutaların populyarlığını bilir. Belə güclü maraq, təbii ki, pisniyyətli insanları kriptovalyutaya cəlb edir. Son xəbərlərə görə, kriptovalyutalar artıq Avstraliyada kredit kartı fırıldaqçılarının hədəfindədir. Bu dəfə də fırıldaqçıların yanaşması da fərqlidir.

Sydney Morning Herald hesabatına görə, kripto sektorunda itirilən pulların miqdarı artır. Fırıldaqçılar indi kriptovalyutalarla ödəniş etmək istəyirlər. Bu sorğuların əsasını blokçeyn texnologiyasının təmin etdiyi anonimlik təşkil edir. Beləliklə, ödənişi alan fırıldaqçı pulu götürə və izləmək mümkün olmayan bir şəkildə itə bilər.

Avstraliya Rəqabət və İstehlakçı Komissiyasının araşdırmasına görə, keçən il yalnız Bitcoin istifadə edərək fırıldaqçılıq hallarında itirilən məbləğin 84 milyon dollar olduğu müəyyən olub. Bu zərərin 2019-cu ildə 19 milyon dollar, 2020-ci ildə isə 27 milyon dollar olduğu bildirilir. Yəni bir il ərzində itirilən pulun həcmi 3 dəfədən çox olub. Kriptovalyutaların fırıldaqçılar arasında bu qədər populyar olmasının başqa bir səbəbi kriptovalyutaların sürətlə yüksələn qiymətləridir. Bu səbəbdən kripto pullarla alış-veriş edərkən diqqətli olmaq barədə xəbərdarlıq edilir.

Son zamanlar artan kriptovalyuta dələduzluqlarına görə, mütəxəssislər daha diqqətli davranmağı tövsiyyə edirlər. Azərbaycanda kripto valyutalara meyillilik digər ölkələrdəki kimi olmasa belə, ekspertlər kripto valyutalarla ödənişlərdən imtina etməyi tövsiyyə edirlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »