Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal istiləşmə: Temperaturun çox yüksək olacağı günlər yaxınlaşır
Qlobal istiləşmə: Temperaturun çox yüksək olacağı günlər yaxınlaşır

Alimlərin fikrincə, son zamanlar müşahidə edilən isti hava 2100-cü ildə planetin bəzi yerlərində normal iqlimə çevrilə bilər. Qlobal istiləşmənin və iqlim dəyişikliyinin təsirləri artıq tədqiqat mövzusudur. Bu araşdırmalar nəticəsində dəniz səviyyəsinin nə qədər yüksələcəyi, həyatın necə dəyişəcəyi kimi suallara cavablar alırıq. Yeni bir araşdırma isə, göstərir ki, bəzi ərazilərdə temperaturun insanlar üçün çox yüksək olacağı günlər yaxınlaşır.

Bizimyol.info xəbər portalı xəbər verir ki, Harvard Universitetindən Lukas Varqas Zeppetellonun fikrincə, hərəkətlərimizi gücləndirmədiyimiz təqdirdə milyardlarla insan əvvəllər heç vaxt görmədiyimiz ekstremal temperaturlara məruz qalacaq. Bu açıqlamalar vəziyyətin ciddiliyini tam olaraq ortaya qoymasa da, araşdırmadakı məlumatlar vəziyyətin ciddiliyini dərk etməyi asanlaşdırır. Riyazi modellərdən istifadə edilən araşdırmada alimlər 2100-cü ildə planetimizdə baş verəcək iqlim dəyişikliyini proqnozlaşdırmağa çalışıblar. Tədqiqat zamanı iki kritik temperatur seçilib: 39,4 dərəcə və 51 dərəcə. Bu temperaturlardan 39,4 dərəcə təhlükəli nöqtə və 51 dərəcə isə son dərəcə təhlükəli nöqtə seçilib. Belə bir araşdırmada nəzarət nöqtəsi olaraq 51 dərəcənin seçilməsi vəziyyətin ciddiliyini ortaya qoyur.

Tədqiqatçılar həmçinin hesab edir ki, 2100-cü ildə Paris razılaşmasının iddialı 1,5 dərəcə hədəfinə çatmaq mümkün olmayacaq. Bu məqsədə nail olmaq ehtimalı cəmi 1,2 promildir.  2100-cü ildə planetimizin temperaturu 3 dərəcə artacaq. Nəticədə ilin 6 ayı tropiklərdə yüksək temperaturla keçəcək. Həddindən artıq isti dalğaları demək olar ki, hər bölgədə müşahidə olunacaq.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »