Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı qadın casus ABŞ zabiti ilə “romantik münasibət” qurubmuş
Rusiyalı qadın casus ABŞ zabiti ilə “romantik münasibət” qurubmuş

Rusiyanin Ukraynaya hücumu davam edir. Müharibənin gedişatında Rusiya ilə bağlı daha bir iddia irəli sürülüb.

Bizimyol.info xəbər verir ki, Hollandiyada yerləşən araşdırmaçı jurnalistlər qrupu “Bellingcat” özünü Perulu zərgərlik dizayneri kimi təqdim edən rusiyalı qadın casusun illərdir NATO-nun İtaliyadakı bazasından məlumat sızdırdığını iddia edib.

Məlumata görə, müvafiq olaraq, əsl adı Olqa Kolobova olan və Rusiya hərbi kəşfiyyatı QRU-da işləyən qadın 2013-cü ildə NATO bazası olan Neapol şəhərində “Serein” adlı zərgərlik mağazası açıb.

Şəhərin ictimai həyatında “Mariya Adela Kuhfeldt Rivera” kimi fəal iştirak edən qadın NATO-nun müxtəlif tədbirlərinə gedib və buradakı insanlarla dostluq edib.

Bundan əlavə bildirilir ki, NATO personalı ilə dostlaşan Mariya həm də ABŞ zabiti ilə “qısaca romantik münasibət”də də olub.

İştirak etdiyi məclislərdə və tədbirlərdə zabitləri şirnikləndirərək onlardan məlumat sızdırmağa çalışdığı iddia edilən Marianın vəzifəsinin nə olduğu dəqiq bilinmir. Lakin onun 2018-ci ildə ifşa olunacağından qorxaraq Rusiyaya geri çağırıldığı güman edilir.

Rəsmi məlumatlara görə, Mariya adına rəsmiləşdirilmiş saxta pasportdan sonuncu dəfə 2018-ci il sentyabrın 15-də Moskvaya birtərəfli uçuş zamanı istifadə edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə agentin getməsinə səbəb kimi onun xəstəliyi də göstərilib. Belə ki, yazılanlara görə, o, Rusiyada olarkən xərçəng xəstəliyindən müalicə olunub.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »