Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu müharibə illərlə davam edə bilər"
"Bu müharibə illərlə davam edə bilər"

Almaniya mətbuatına açıqlama verən Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynaya dəstəyin davam edəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanın Ukraynada başlatdığı müharibənin illərlə davam edə biləcəyini də qeyd edib.

Berbok, Almaniyada nəşr olunan “Bild am Sonntag” qəzetinə verdiyi açıqlamada fevralın 24-də səhər saat 04:30 radələrində səssizə qoyduğu telefonun titrəməyə başladığını eşidib açdığını, Rusiyanın Ukraynada müharibəyə başladığını öyrəndiyini və dərhal Federal Xarici İşlər Nazirliyinə getdiyini söyləyib.

Annalena Berbok - XIN Almaniya Annalena Berbok

Nazir Berbok açıqlamasında bildirib: “Bu müharibə illərlə davam edə bilər. Biz hamımız bu vəziyyətə hazır olmalıyıq.

Təəssüf ki, Rusiya hökuməti Ukraynanı və onun xalqını tabe olmağa məcbur etmək fikrindən əl çəkməyib. Bütün əzab-əziyyətlərə baxmayaraq, Rusiya prezidentinin qısa zamanda Ukraynanı ələ keçirmək cəhdinin nəticəsiz qaldığı bir həqiqətdir. Ukraynalıların cəsarəti və beynəlxalq silah yardımı sayəsində rus əsgərlərinin qələbə arzuları puça çıxdı. Onların arzusunun gerçəkləşməməsi üçün əlimizdən gələni edəcəyik”.

Atəşkəsə necə nail olmaq barədə suala nazir belə cavab verib: “Bu, çox sadədir. Putin günahsız insanların bombardmanını dayandıraraq, rus tanklarını geri çəkməlidir”.

Bundan əlavə, Berbok Rusiyanın 2014-cü ildə beynəlxalq hüququ pozaraq ilhaq etdiyi Krımın hələ də Ukraynaya məxsus olduğunu bildirib.

“Bu, Putinin, yoxsa Rusiyanın müharibəsidir” sualına Berbok belə cavab verib: “Bu, Putinin müharibəsidir, çünki o, demokratik şəkildə idarə edə bilmir. Demokratik ölkədə onsuz da belə bir müharibəyə qarşı üsyanlar olardı, çünki bu, öz xalqına da ziyan vurur”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »