Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Ruslar Kremlin təbliğatına bilərəkdən inanmaq istəyirlər
Ekspert: Ruslar Kremlin təbliğatına bilərəkdən inanmaq istəyirlər

"Rusiya vətəndaşları Ukraynaya qarşı müharibə də daxil olmaqla, Kremlin yaydığı yalanlara və təbliğata özlərini inadla inandırmağa çalışırlar".

Bizimyol.info xəbər verir ki, Xarici Siyasət Araşdırmaları İnstitutunun direktoru Qriqori Perepelitsa "Radio NV"nin efirində bunun niyə baş verdiyini açıqlayıb.

“Faşistyönlü totalitar rejimlər şəraitində xalqın özü, elə rus qoşununun özü də qan və müharibə arzulayır. Buna görə də onlara yalan danışılır və onlar bu yalanları dinləməyə, özlərini rəsmi təbliğat vasitələrindən əldə etdikləri xəbərlərə inandırmağa çalışırlar. Çünki bu yalan onlara rahat yaşamaq şəraiti yaradır”, - ekspert deyir.

Onun sözlərinə görə, işğalçı ölkənin vətəndaşları bildiyiniz kimi, on minlərlə ölü ilə ölçülən öz ordusunun sıralarında baş vermiş itkilər barədə düşünmək istəmirlər. Perepelitsa əlavə edir ki, ruslar ukraynalıları, Ukrayna dövlətini məhv etmək bahasına və Qərbi məğlub etməyi arzulayırlar.

“Biz bunu ictimai rəydə görürük, Rusiyanın sosioloji xidmətlərinin zaman-zaman keçirdiyi sorğuların nəticəsi - 76% aqressiyanın dəstəkləndiyini göstərir. Odur ki, bəlkə də cəbhədə olan oğullarından aldıqları məlumatı ciddi mənbə kimi qəbul etmir, inanr ki, bu blefdir, bu Ukrayna dezinformasiyasıdır; Qərbdən, NATO-dan bilərəkdən qorxu yaratmağa hesablanıb. Və buna görə xalq rəsmi dairələrin uydurduğu və özlərinin də istədiyi nağıllara inanırlar. Onlar çarpaz xəbərlərlə rus təbliğatında yalanların olduğunu bilsələr də, sadəcə buna inanmaq istəyirlər”, - konfliktoloq izah edib.

Bundan əvvəl xarici işlər naziri Dmitri Kuleba demişdi ki, rusların sərhədləri keçməsinə qadağa qoyulmalıdır ki, onlara hörmət etməyi öyrənsinlər. Mətbuat həmçinin Avropa İttifaqının Rusiya vətəndaşlarına vizaların verilməsinin sadələşdirilmiş prosedurundan imtina etmək niyyətində olduğunu bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »