Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusların Avropaya səyahətləri çətinləşdiriləcək və bahalaşdırılacaq
Rusların Avropaya səyahətləri çətinləşdiriləcək və bahalaşdırılacaq

"Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu həftənin sonunda görüşəcəkləri zaman bütün ruslara viza qadağasını yekdilliklə dəstəkləməyəcəklər.

Bizimyol.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət idarəsi rəhbəri Josep Borrell bildirib.

Aİ xarici işlər nazirlərinin iclaslarına sədrlik edən Borrell bazar günü Avstriyanın "ORF" televiziyasına deyib: “Mən Rusiyanın mülki əhalisi ilə münasibətləri kəsməyin faydalı olacağını düşünmürəm və bu ideyanın lazımi yekdilliklə qəbul ediləcəyinə inanmıram. Biz qərarlarımızı rus xalqına deyil, Rusiya siyasi dairələrinin yanlış adımmlarına qarşılıq olaraq qəbul edirik. Rus xalqını dünyadan təcrid etmək uğursuz addım olardı. Düşünürəm ki, biz bəzi rusların viza almasını nəzərdən keçirməliyik, əlbəttə ki, oliqarxları nəzərdə tutmuram. Biz viza verəcəyimiz Rusiya vətəndaşını araşdırmalı, Avropaya gəlişinin səbəbini bilməli və seçim etməliyik. Amma mən bütün ruslara vizaların verilməsinin dayandırılmasının tərəfdarı deyiləm”, - deyə Borrell bildirib.

Xarici işlər nazirləri qadağanın həyata keçirilməsi üçün yekdil razılığa gəlməlidirlər ki, bu, blokun Rusiyanı Ukraynaya müdaxiləsi ilə bağlı dərc etmək niyyətində olan son hərəkəti olacaq. Bunun əvəzinə, çərşənbə axşamı Praqada görüşəcəkləri zaman Moskva ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləyəcəkləri gözlənilir. Bu addım rusların səyahətini xeyli çətinləşdirəcək və sərlər onlar üçün baha başa gələcək.

Danışıqlarda iştirak edən yüksək rütbəli AB rəsmisi "Financial Times" qəzetinə deyib: “Rus turistlərinin şəhərlərimizdə, küçələrimizdə və əyləncə yerlərində sərbəst gəzib dolaşması avropalılara həqarətdir. Biz Rusiya əhalisinə bu müharibənin yaxşı olmadığı, qəbuledilməz olduğu barədə siqnal göndərməli, etirazımızı hər hansı şəkildə bildirməliyik".

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »