Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəşfiyyat: Rusiyanın “İskəndər” və “Kalibr” raketləri tükənir
Kəşfiyyat: Rusiyanın “İskəndər” və “Kalibr” raketləri tükənir

"Rusiya Federasiyası hazırda raketlərlə bağlı "çətin vəziyyətə" düşüb: təcavüzkar fevralın 24-dən əvvəl olan qanadlı raketlərin 55%-ni artıq istifadə edib".

Bizimyol.info xəbər verir ki, bunu "RBC"yə müsahibəsində Ukrayna kəşfiyyatının nümayəndəsi Vadim Skibitski deyib.

Onun sözlərinə görə, “İskəndər”lərlə bağlı vəziyyət ruslar üçün xüsusilə ağırdır: "Ümumiyyətlə, orada “İskəndər” raketləri təxminən 20% -i, bəlkə də daha az qalanıb", - deyə Skibitsky bildirib.

“Dikər raketə, “Kalibre”yə gəlincə, onların sayı da o qədər də böyük deyil. Bu baxımdan işğalçılar yerüstü versiyada "X-22" və "S-300"dən istifadə edirlər. Lakin bu ehtiyatlar da tükənmək üzrədir", - deyə kəşfiyyat nümayəndəsi əlavə edib.

"Onların yüksək dəqiqlikli silahları artıq son hədddədir. Bütün normativ sənədlərə görə, onların 30% ehtiyatı olmalıdır, bəzi növ raketlər, məsələn, “İskəndər”lərdemək olar ki, artıq tükənib. Ona görə də, ruslar başqa məhvetmə vasitələrindən istifadə edəcəklər. İndi onlar "Qasırğa", "Smerç"dən fəal şəkildə istifadə edirlər - bu, qısa məsafələrdə, 70-80, maksimum 100 kilometrə qədər atəş açmağa imkan verir. Bu sistemlərlə Nikolaev, Zaporojye vilayətində, Xarkovu atəşə tuta bilərlər - Skibitsky qeyd etdi.

“Kinjallar”a (Xəncər) gəlincə, işğalçıların əllərində hazırda onlardan az saydadır, 30-40 ədəd var idi.

Bunlar xidmətə ilk daxil olan nümunələrdir. Onlar kütləvi istehsala getmədilər, əksinə, ruslar hipersəs silahlarına sahib olduqlarını göstərməklə Ukraynaya və onun tərəfdaşlarına, xüsusən də ABŞ və Çinə güc nümayiş etdirmək üçün istifadə etdilər.

Skibitski həmçinin bildirib ki, Belarus hava və raket zərbələrinə görə Ukrayna üçün təhlükə yaradır, lakin ikinci quru müdaxiləsi təhlükəsi hələ müşahidə olunmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »