Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya USQ-ni AES-ə raket atdığını deyi - Ukrayna onların təxribat törədəcəyindən ehtiyat edir
Rusiya USQ-ni AES-ə raket atdığını deyi - Ukrayna onların təxribat törədəcəyindən ehtiyat edir

"Ukrayna Silahlı Qüvvələri (APU) Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutmağa davam edir, dörd Ukrayna mərmisi nüvə yanacağı ilə stansiyanın xüsusi korpusunun damına düşüb".

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

O qeyd edib ki, son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin artilleriyası stansiya ərazisini üç dəfə atəşə tutub.

“Ümumilikdə 17 mərmi atılıb, onlardan 4-ü Amerikanın "Westinghouse" nüvə yanacağı olan 168 xüsusi maddələrin saxlandığı termosların oluğu 1 saylı binanın damına düşüb. Daha 10 mərmi işlənmiş nüvə yanacağının quru anbarından 30 metr aralıda, üçü "TVEL" şirkətinin təzə nüvə yanacağı anbarının və bərk radioaktiv tullantıların anbarının yerləşdiyi 2 saylı xüsusi binanın ərazisində partlayıb”, - deyə Konaşenkov bildirib.

Generalın sözlərinə görə, AES-in atəşə tutulması Dnepropetrovsk vilayətinin Marqanets qəsəbəsi ərazisindən Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. "Ərazidə əks-müqavimət döyüşü zamanı Amerikanın "M777" haubitsasının aşkar edilərək məhv edildiyi bildirilib", - deyə general-leytenant qeyd edib.

Öz növbəsində Ukrayna tərəfi də AES-in rus hərbçilərin nəzarətində olmasından naratatdır: "Onlar orada təxribat xarakterli hərəkətlər etmək və günahı Kiyevin üzərinə atmağı planlaşdırırlar", - deyə bildirilir.

Bildirilir ki, bundan əlavə, Rusiya qoşun hissələrinin ağırtonnajlı hərbi texnikaları qadağan olunmuş məsəfəni gözləməyərək stansiyanın yağınlığında və zirzəmilərdə gizlədilir. Qeyd edilir ki, texnikaların hərəkətindən yaranan rezonans AES-də çatların yaranmasına, radioaktiv maddələrin sızmasına və fəlakətə səbəb ola bilər.

Rusiya tərəfinin stansiyaya raket atılması ilə bağlı xəbəri təkzib edən USQ-i tezliklə AES-in beynəlxalq təşkilatlar tərəfindən nəzarətə götürülməsini istəyirlər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »