Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: Bu kəndlərdə heç zaman ermənilər yaşamayıb
Hikmət Hacıyev: Bu kəndlərdə heç zaman ermənilər yaşamayıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrilib. Hazırda Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.

Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib. Deyib ki, 30 il sonra bölgəyə yenidən həyat qayıdıb.

“Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”, - deyə o vurğulayıb.

H.Hacıyev dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyinə manasibət bildirərkən: "Bu kəndlərdə heç zaman ermənilər yaşamayıb, adından da göründüyü kimi bura  azərbaycanlıların yaşayış məskəni olub və bundan sonra da daimi olaraq qalacaq", - deyə qeyd edib.

“Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »