Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Laçının qaytarılması Şuşadan sonra ikinci əlamətdar hadisədir"
"Laçının qaytarılması Şuşadan sonra ikinci əlamətdar hadisədir"

“Təbii ki, Laçının işğaldan azad edildiyi gün həm ölkə tariximiz baxımından, həm də müstəqillik tariximiz baxımından olduqca əlamətdar bir gün idi. Gözlənildiyi kimi Azərbaycan silahlı qüvvələri Laçın şəhərini və Zabux kəndinə artıq yerləşdilər. Təbi ki, ölkə başçısı prezident İlham Əliyev bunun mesajını çox öncədən vermişdi. Qeyd etmişdi ki, biz bundan sonra ermənilərin nazı ilə oynamayacayıq və Azərbaycanın tələbləri gec-tez yerinə yetirilməlidir. Rəsmi Bakı “Qisas” əməliyyətı ilə əslində nə dərəcə ciddi və qərarlı olduğunu göstərmişdi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev danışıb. O, bildirib ki, erməni tərəfi də artıq “Qisas” əməliyyatından başa düşmüşdü ki, Azərbaycan daha danışıq prosseslərinə getməyəcək. Onlar artıq bu reallığı başa düşmüşdülər.

Turan Rzayev Turan Rzayev

“Bu reallığı dərk etməyin təzahürüdür ki, artıq Laçın şəhəri bu gün Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir. 10 noyabr bəyanatına görə təbii ki, Ermənistan Azərbaycana bu əraziləri çox öncədən qaytarılmalı idi. Ermənistan tərəfi bu məsələni bir qədər yubatdı. Amma sevindirici haldır ki, artıq Laçın şəhərindəyik. Laçının Azərbaycan nəzarətinə keçməsi Şuşadan sonra ikinci əlamətdar hadisədir. Çünki, Laçın şəhəri də Şuşa kimi dağıntılara az məruz qalan bir ərazidir” - deyə politoloq qeyd edib.

Turan Rzayevin sözlərinə görə, digər tərəfdən burada Laçın dəhlizi məsələsi də mövcuddur ki, faktiki olaraq Laçının Azərbaycan nəzarətinə keçməsi eyni zamanda Laçın dəhlizinə dair fikirləri əsaslı şəkildə dəyişdi.

“Rəsmi Bakı bildiyiniz kimi alternativ yol çəkilişini aparıb və bununla Laçın dəhlizi şəhərdən deyil, Laçın rayonu ətrafından keçəcək. Bu, dəhlizin dəyişməsi deməkdir. Gələcəkdə isə bu, dəhliz statusunun da dəyişməsi ilə nəticələnə bilər. Azərbaycan Şuşada olduğu kimi Laçında da bərpa işləri görəcək. Erməni vandalizminin izləri buradan silinəcəkdir. Bu əraziyə vurulan dağıntılar ən qısa zamanda aradan qaldırılacaq. Laçın sakinlərinin bu ərazilərə köçürülməsi “Böyük Qayıdış” siyasətinin ən böyük parçalarından biri olacaq. Gələcəkdə biz Laçını hətta, regionun ən inkişaf etmiş şəhərlərindən və rayonlarından biri olaraq görəcəyik” - deyə politoloq vurğulayıb.

Turan Rzayevin fikrincə, Laçının ümumilikdə iqtisadi potensiyalı olduqca güclüdür. Burada bir çox sahələri inkişaf etdirmək mümkündür. Və Laçın şəhərində evlərin salamat olması, dağıntılara çox məruz qalmaması əslində buranın inkişaf, yəni, regionun, Qarabağın inkişafı baxımından çox önəmlidir.

“Məncə, Laçın əsas lokomotiv bölgələrdən biri olacaq” - deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »