Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyninizdə ilişib qalan mahnı parçalarından necə qurtulmaq olar?
Beyninizdə ilişib qalan mahnı parçalarından necə qurtulmaq olar?

Bəzən bir mahnı beynimizə “ilişib” qalır. Hara getsək, o mahnı beynimizdə səslənir və istər-istəməz oxuyuruq.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, dünyada insanların 95 faizi bu problemlə qarşılaşır.

"İngilis alimləri hətta bu fenomen üçün bir ad da tapıblar - qulaq qurdu. Bu cür vəziyyətlər, yapışqan melodiyaların çox vaxt olduqca sadə olması və mətnin əksər hallarda mürəkkəb olmaması ilə izah olunur. Buna görə də zəhlətökən mahnıları yadda saxlamaq asandır. Bu, ya düşüncə prosesinə həddən artıq qərq olduğumuz, ya da əksinə, heç nə ilə məşğul olmadığımız anlarda baş verir”, - deyə psixoterapevt Galina Rodrigez bildirib.

Həkim qeyd edib ki, insanlar hətta heç sevmədikləri mahnıları və ya melodiyaları da xatırlayırlar.

“Buna görə insan stressə məruz qalır, bu da vacib bir şeyə diqqət yetirmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır” - deyə psixoterapevt əlavə edib.

Amerika alimləri hesab edir ki, dinlənilən mahnı beynin eşitmə qabığını doldurur və mahnı bitdikdən sonra da beyin uzun müddət o musiqiyə köklənmiş şəkildə qalır. Mahnıya qulaq asanda beynin eşitmə qabığı adlanan bir hissəsi işə düşür. Bəzi mütəxəssislər də hesab edir ki, beynimizə ilişib qalmış mahnılar basdırmağa çalışdığımız düşüncələr kimidir.

Mahnını ağlımızdan necə çıxara bilərik?

  • Başqa mahnı oxuyun və ya hər hansı musiqi alətində çalın.
  • Beyninizi yayındıracaq fəaliyyət tapın.
  • Bütün mahnıya qulaq asın.
  • Mahnını dostunuzla paylaşa bilərsiniz.

Hansısa mahnının beyninizdə ilişib qalması problem deyil. Amma musiqi olmadığı zaman onu eşidirsinizsə, psixoloq və ya psixi sağlamlıq mütəxəssisinə müraciət edin. Çünki bu, endomusiyanın simptomları ola bilər. Endomusiya əslində ifa olunmayan musiqini eşitməklə özünü göstərən obsesif pozğunluqdur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »