Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk yazısına dair daha qədim dəlillər aşkarlanıb
Türk yazısına dair daha qədim dəlillər aşkarlanıb

Monqolustanda Beynəlxalq Türk Akademiyası ötən gün aşkarlanan kitabələrdə nə yazıldığı barədə açıqlama verib. Yazının ön tərəfindəki 19 sətirdən on ikisini oxumaq mümkün olub.

Bizimyol.info Türk adının çəkildiyi tək əsər kimi tanınan Orhun Abidələri yeni tapıntı ilə bu adı itirib. Titulun yeni sahibi Kültekin və Bilge Kağanın atası İlteriş Kağana aid olduğu müəyyən edilən bir xatirə kompleksi olub.

Aparılan araşdırmalarda yazılarda məlum olan ilk türk əlifbasının istifadə edildiyi müəyyən edilib. Lakin abidələrin üzərindəki yazıların mənası hələ də açıqlanmamışdı. Beynəlxalq Türk Akademiyası VII əsrə aid olduğu müəyyən edilən İlteriş Kutluğ Kağan kitabəsinin oxunuşunu paylaşıb. Yazının bir hissəsi indi oxunur. Akademiya prezidenti Darhan Kıdırali sosial şəbəkədəki paylaşımında 70 santimetr hündürlüyündə və 19 santimetr enində olan mətnin hər iki tərəfində yazı olduğunu bildirib. Kıdıralı qeyd edib ki, kitabənin ön hissəsindəki 19 sətirdən 12 sətri hələ də oxunaqlıdır. Bu sətirlərdəki ifadələr belə tərcümə edilir:

  • İnək ilinin doqquzuncu ayı
  • Allahın Oğlu Kutluq Kağan
  • Türk Oğullarım,köz
  • Bizim gözəl
  • Mən etdim: Bizim xarici əsgərlərimiz
  • yerdə
  • Tümən: On min
  • İşimə güc ver
  • Təyin etdim (titul verdim)
  • Hamısı bərabər idi

Türk yazısının tarixini yüz illərlə geri aparan kitabədəki mətnin ən qısa zamanda tamamlanacağı bildirilib.

“Əjdaha və canavar başları qarışmış mifoloji varlıqlar var”

Kıdırali yazı barədə məlumat verməklə yanaşı, əjdaha və qurd başları ilə qarışmış mifoloji varlıqların, şəkillərin, Türk və Soğd yazılarına yer verildiyini qeyd edib.

Kıdıralı bildirib ki, böyük bir ərazidə yerləşən İlteriş Kağan kompleksi onun dövründə düşmənlər tərəfindən dağıdılıb. Yeni tapılan yazı ortadan yarıya bölünüb. İlteriş Kağana aid yeni tapılan kitabə Kül Tigin və Bilgə Kağan kitabələrindən fərqli olaraq ayaq üstə deyil, torpağa basdırılmış vəziyyətdə aşkar edilib. Ümumi sahəsi 49 kvadratmetr və oval formada olan kompleksin ətrafında Aşina ailəsinə aid simvollar və İlteriş Kutluğ Kağanın VII əsr kitabəsi olan 51 balbal daşı var.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »