Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FTB: Trampın evində 184 məxfi sənəd tapılıb
FTB: Trampın evində 184 məxfi sənəd tapılıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo malikanəsində axtarışla bağlı bağlı Federal Təhqiqat Bürosunun (FTB) açıqlama verib. Bildirilib ki, əvvəlki axtarış zamanı götürülən 15 qutudan 14-də ümumilikdə 184 məxfi sənəd aşkar edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə FTB-nin Mar-a-Laqo basqını üçün axtarış əmri almaq üçün hakimə göndərdiyi 34 səhifəlik iddiadan bəzi hissələri çıxarılaraq ictimaiyyətlə paylaşılıb.

Açıqlamada, may ayında Trampın Floridadakı evində aparılan axtarışlar zamanı 15 qutu sənədin götürüldüyü, bu qutuların 14-də isə ümumilikdə 184 məxfi sənədin tapıldığı bildirilib.

Bundan əlavə, FTB həmin açıqlamada Trampın evində ələ keçirilən sənədlərin “insanı kəşfiyyatı resurslarının təhlükəsi altına sala biləcəyini” bildirib.

Bəyanatda Trampın vəkili ilə FTB arasında gizli sənədlərin Mar-a-Laqonun otağında saxlandığına dair yazışmaları da yer alıb.

Qeyd edək ki, jurnalistlərin bu sənədlərin milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmaması sualına prezident Bayden belə cavab verib: "Məsələ ciddidir, buna qərar verəcəyik qurum Ədliyyə Nazirliyidir. Nə olacağını görəcəyik".

Trampın təqsirli olub-olmaması və onun casusluq cinayətinə görə mühakimə oluna biləcəyi ilə bağlı hüquqşünaslardan fərqli fikirlər gəlsə də, Ədliyyə Nazirliyinin atacağı addımlar gözlənilir.

Avqustun 8-də Trampın Mar-a-Laqo malikanəsində FTB axtarışdan üç gün sonra ilk dəfə açıqlama verən ABŞ Baş prokuroru Merrick Garland, axtarışa icazə verdiyini söyləyib. Floridaya Rayon Məhkəməsinin ələ keçirilən materialları məxfilikdən çıxarsı ilə bağlı müraciət etdiklərini açıqlayıb.

Tramp axtarış qərarının ictimaiyyətə açıqlanmasının əleyhinə olmadığını bəyan etdikdən sonra federal hakim avqustun 12-də axtarış qərarını və müsadirə olunan materialların siyahısını açıqlayıb.

Ədliyyə Departamentinin avqustun 16-da yaydığı bəyanatda deyilir: "Hazırkı mərhələdə hökumətin bəyanatının açıqlanması, yəqin ki, bu istintaq və digər yüksək səviyyəli araşdırmalar zamanı kömək istənilə bilən şahidlərlə gələcək əməkdaşlığa xələl gətirəcək".

Florida Federal Məhkəməsinin hakimi Bruce Reinhart, ifadənin bəzi hissələrinin ictimaiyyətlə paylaşıla biləcəyini bildirdi və Ədliyyə Departamentindən bunun istintaqa vuracağı zərərlər üçün əlavə əsaslandırma təqdim etməsini və avqustun sonlarınadək ifadəni redaktə etməsini istədi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »