Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib
Putin Berdiməhəmmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın "Halk Maslahatı Milli Gengeş"in (parlamentin yuxarı palatası) sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının müvafiq fərmanı rəsmi informasiya portalında dərc olunub.

Sərəncamda deyilir: “Rusiya Federasiyası ilə Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi böyük töhfəyə görə Berdiməhəmmədov Qurbanqulu Myalikquliyeviç IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »