Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

22-23-24-25 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

Bu barədə Bizimyol.info-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, Azərbaycan dili, alman dili, tarix, rus dili və ədəbiyyatı, coğrafiya, fizika, kimya, informatika, musiqi, riyaziyyat, rus dili, ingilis dili, təsviri incəsənət, ibtidai sinif, texnologiya və fiziki tərbiyə fənləri üzrə müsahibə nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələrdə 2218 nəfər uğur qazanıb.

Qeyd edək ki, müsahibələrdən uğur qazanan namizədlər 31 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »