Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov və onun iki adamı hərbi cinayətlərdə günahlandırılır
Kadırov və onun iki adamı hərbi cinayətlərdə günahlandırılır

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov və onun iki yaxın adamı hərbi cinayətlər törətməkdə şübhəli bilinir.

Bizimyol.info xəbər verir ki, vu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Telegram kanalında məlumat verilib.

Qeyd olunur ki, UTX Ramzan Kadırovun, Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin Çeçenistan Respublikası üzrə departamentinin rəis müavini Daniil Martınovun və Rusiya Milli Qvardiyasının qoşunlarının Şimali Qafqaz dairəsinin 46-cı əməliyyat briqadasının “Cənub” əlahiddə motoatıcı batalyonunun 249-cu taktiki qrupunun komandiri Hüseyn Məjidovun hərbi cinayətlərinə dair təkzibedilməz sübutlar toplayıb.

“Əldə olunansənədlərə görə, 2022-ci ilin fevral-mart aylarında Kadırov bu bölmələrin fərdi hərbi əməliyyatlarının hazırlanmasına və planlaşdırılmasına şəxsən rəhbərlik edib, əmrlər verib, onların rəhbərlərinin hesabat və məruzələrini dinləyib”, - deyə məlumatda qeyd edilir.

Martınov Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının keçmiş üzvü olub və hazırda FTX-ni tərk etdikdən sonra Kadırovun mühafizəçilərinin təliminə rəhbərlik edib.

“Müəyyən edilib ki, Martınov martın 5-də Borodyanski psixo-nevroloji internat məktəbinin geriatriya şöbəsinin ələ keçirilməsinə şəxsən rəhbərlik edib”, - məlumatda deyilir.

Onun göstərişi ilə 500-ə yaxın insan (dispanser xəstələri, işçilər və yerli sakinlər) girov götürülüb. Onların arasında yüzdən çoxu yataq xəstəsi olub. Binanın ətrafı minalanıb, internat məktəbi isə işğalçılar üçün atəş mövqeyinə çevrilib.

“Çeçenistanın rəhbərinin yaxın adımı olan Hüseyn Mejidovun əmri ilə fevralın 25-dən martın 13-dək Qostomel şəhərinin iki yüzə yaxın sakini qanunsuz olaraq girov götürülərək hündürmərtəbəli binaların zirzəmilərində saxlanılıb”, - deyə Xidmətdən bildirilib.

Qurbanlar arasında qadınlar, qocalar və azyaşlı uşaqlar olub. Qeyri-insani saxlanma şəraitinə (rütubət, soyuq, su, yemək və dərman çatışmazlığı) tab gətirə bilməyən məhbuslardan dünyasını dəyişən məhbuslar məhz burada, evin yaxınlığında “dəfn edilib”.

Hər iki “hərbi məmur” mülki şəxsləri saxlamaqda ittiham olunur. Bildirilir ki, mülki əhali ilə rəftar qaydalarının kobud şəkildə pozulub, onlardan canlı sipər kimi istifadə edirlər.

Bundan başqa, Mejidov mülki şəxsləri və obyektləri qarət etməkdə də ittiham olunur.

Təqsirləndirilən şəxslərin Ukraynaya qarşı hərbi əməliyyatlar zamanı törətdikləri digər cinayətlərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.

Kadırov UTX-nun hərbi cinayətlərdə ittihamlarına cavab olaraq, Ukrayna kəşfiyyatını onun baxılmaq üçün görünəcəyi yeri müəyyənləşdirməyə dəvət edib.

Xatırladaq ki, 2022-ci ilin fevral-mart aylarında Kadırov çeçen bölmələrinin fərdi hərbi əməliyyatlarının hazırlanmasına və planlaşdırılmasına şəxsən nəzarət edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »