Estoniya hökuməti Sovet dövründən qalan müharibə abidələrini yığışdırmaqda davam etdiyini bildirir.
Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Paytaxt Riqadakı “Qələbə” parkında Qızıl Ordunun nasistlər üzərində qələbəsini simvolizə edən Sovet İttifaqı dövründəki abidə texnikadan istifadə edilərək sökülüb.
Latviya Prezidenti Egils Levits deyib: “Bu abidə işğalı və onunla bağlı olan bir çox insanların xatirələrini yada salır. Bizə bu cür abidə lazım deyil”.
Şəhər meri Martin Stakis də abidənin sökülməsini “Riqa və bütün Latviya üçün tarixi an” adlandırıb.
Latviyadakı ruspərəstlər isə 1985-ci ildə tikilmiş abidənin sökülməsi qərarına etiraz ediblər. Bildiriblər ki, hər il mayın 9-da minlərlə rus 1945-ci ildə faşist Almaniyası üzərində qələbəni yad etmək üçün həmin abidənin önünə toplaşır.
Qeyd edək ki, 1997-ci ildə bir qrup fəal abidəni dinamitlə dağıtmağa çalışsa da, partlayıcının gözlənilmədən partlaması nəticəsində iki nəfər həlak olub.
Bundan əlavə Latviyanın Rusiya ilə 214 kilometrlik sərhəd xətti var.
Onu da əlavə edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra bir çox Avropa ölkələrində sovet dövrünün simvolları yığışdırılmağa başlanıb.
Leyla, Bizimyol.info