Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustun 27-nə olan hava proqnozu
Avqustun 27-nə olan hava proqnozu

Avqustun 27-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »