Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Avropadan Türkiyəyə qarşı daha bir xəyanət
ABŞ və Avropadan Türkiyəyə qarşı daha bir xəyanət

ABŞ və Avropanın bir sıra ölkələri hər fürsətdə Türkiyəni arxadan vurmağa çalışır. Üzdə müttəfiq adlansalar da, bir çox sahələrdə düşmən münasibət sərgiləyən ABŞ və Avropa Birliyi bu dəfə viza faktorundan istifadə edir. Türkiyədən Avropa Birliyi və ABŞ-a viza müraciətlərində artan çətinliklər böhrana səbəb olub.

Bizimyol.info xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, “biz burada mənfi niyyət sezirik. Bunları AK Partiya hökumətini seçki öncəsi çətin vəziyyətə salmaq üçün atılan addımlar kimi qiymətləndiririk. Sentyabrın əvvəlində dostlarımız Qərb ölkələrinin səfirlərini nazirliyə çağırıb, lazımi xəbərdarlıqlar edəcəklər. Bundan sonra da yaxşılaşmasa, əks tədbirlər görəcəyik”,-deyə bildirib.

Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyi Şengen vizası müraciətlərindəki son müddətlərin uzadılması və artan imtinalar səbəbindən bir çox türk vətəndaşının zərər çəkdiyini, tur şirkətlərinin isə bir çox Avropa turlarını ləğv etdiyini və ya minlərlə avro zərərə uğradığını yazıb.

Reuters, Türkiyəyə qarşı siyasi motivlər və pisləşən iqtisadiyyat səbəbiylə Avropaya gedəcək türklərin geri dönməyəcəyi ilə bağlı narahatlıqların olduğuna diqqət çəkib.

Agentliyə danışan 32 yaşlı idman aparıcısı Sinem Ökten Şengen müraciətinin iki dəfə rədd edildiyini ifadə edərək, “Viza üçün əvvəlcə Almaniyaya, sonra Fransaya müraciət etdim. Hər ikisi rədd edildi. Əvvəlki vizam üç illik Almaniyadan idi. Ona görə də Almaniyaya yenidən müraciət etdim, amma bu, böyük məyusluq oldu”, - deyə bildirib.

Pasportunda onlarla giriş-çıxış möhürünü göstərən Ökten, “İdman diktoru olduğum üçün 50-60 dəfə xaricə getdim, matçları izlədim, müsahibə verdim, çəkiliş apardım. İlk dəfədir ki, belə bir problemlə üzləşirəm.

Bütün sənədləri yığdım, nəinki rezervasiya etdim, heç bir problem yaşanmaması üçün bileti də aldım, amma hamısı yandı”,- deyə o əlavə edib.

AB-nin Türkiyə Nümayəndəliyinin rəhbəri Nikolaus Meyer-Landrut Reuters-in mövzu ilə bağlı sualına cavabında Şengen müraciətlərinin siyasi zəmində deyil, konkret meyarlara uyğun aparıldığını ifadə edib.  Meyer-Landrut “qərarlar siyasi deyil, obyektiv əsaslarla verilir” deyə bildirib.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Türkiyədən 900 mindən çox viza müraciəti alan Şengen bölgəsi, keçən il təxminən 270 min müraciət qəbul edib.

“Schengenvisainfo”-nun məlumatlarına görə, 2016-cı ildə 4,4 faiz olan imtina nisbəti hər il artaraq 2020-ci ildə 12,5 faiz, 2021-ci ildə isə 16,5 faiz təşkil edib.

Saytın redaktoru Şkurta Canuzi Türkiyədə vizadan imtina nisbətlərinin digər ölkələrlə müqayisədə daha sürətli və davamlı şəkildə artdığını bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »