Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlcəzair və Fransa münasibətlərində yenilik
Əlcəzair və Fransa münasibətlərində yenilik

Əlcəzair Prezidenti Əbdülmecit Tebbun və fransalı həmkarı Emmanuel Makron, təxminən bir il davam edən gərginlikdən sonra hörmət və maraq balansı işığında ikitərəfli münasibətlərdə yeni səhifə açmaq barədə razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, Əlcazair Prezidenti Tebbun, rəsmi təmaslar üçün paytaxt Əlcəzairə gələn prezident Makronla Muradiyə sarayında görüşdükdən sonra ortaq mətbuat konfransı keçirib. Tebbun çıxışında Makronla ikitərəfli əməkdaşlığa dair bir çox mövzuları və iki ölkə arasında hörmət və maraq balansı fonunda əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etdiklərini bildirib.

Tebbun əlavə edib ki, o, Fransa prezidenti ilə hər zamankı səmimiliyi ilə iki ölkə arasında münasibətlərin orijinallığını və dərinliyini əks etdirən “konstruktiv danışıqlar” aparıb.

Makron görüşlə bağlı bildirib ki, səfərinin əsas məqsədlərindən biri diqqəti ikitərəfli münasibətlərin gələcəyinə yönəltməkdir. Hər iki tərəfin ikitərəfli münasibətlərdə yeni səhifə açmağa razılaşdıqlarını ifadə edən Makron, “bizim mürəkkəb və ağrılı ortaq tariximiz var. Bu vəziyyət gələcəyə baxmağımıza mane oldu. Biz müstəmləkə dövrü arxivləri üzərində işləmək üçün müştərək tarixçilərin (iki ölkədən) daxil olacağı birgə komitə yaratmaq qərarına gəldik”,- deyə qeyd edib.

Makronun Tebbunun dəvəti ilə reallaşan Əlcəzairə səfəri iki ölkə arasında tarixi problemlərin, xüsusilə də son dövrlərdə yaranmış təlatümlü münasibətlərin həlli üçün bir fürsət kimi qiymətləndirilir.

Xatırladaq ki, Fransanın Əlcəzairdəki müstəmləkəçiliyi səbəbindən həll olunmamış problemlərə əlavə olaraq, Fransanın əlcəzairlilər üçün viza kvotasını bir müddət əvvəl məhdudlaşdırması və prezident Makronun “müstəmləkəçilikdən əvvəlki Əlcəzair xalqının mövcudluğu” ilə bağlı açıqlamaları iki ölkə arasında uzun müddətdir davam edən gərginliyi daha da artırmışdı.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »