Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da Türkiyə panikası davam edir
ABŞ-da Türkiyə panikası davam edir

Bir müddət əvvəl ortaya çıxan Türkiyənin Rusiyadan S-400-lərin ikinci partiyasını alacağına dair xəbərdən sonra ABŞ -dakı yunan və erməni lobbiləri hərəkətə keçib.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Co Baydenin bir neçə ay əvvəl yaşıl işıq yandırdığı F-16-ların Türkiyəyə satışını dəyərləndirən bəzi siyasətçilər açıqlamalar verərək, ABŞ dövlət katibi Entoni Blinkenə məktub göndəriblər.

Yunan lobbisinə yaxınlığı ilə tanınan Kris Pappas başda olmaqla 19 siyasətçi Blinkenə özəl məktub göndərərək statusun yenilənməsini istəyib. Siyasətçilər S-400 xəbərlərinin ortaya çıxmasından narahat olduqlarını bildiriblər.

Məktubda deyilir: “Rusiyanın Ukraynanı işğal etdiyi bir vaxtda NATO üzvü olan ölkələr Vladimir Putinlə hərbi əməkdaşlıq etməməlidir. Bu, ABŞ-ın siyasətinin Ukraynaya təsirini azaldır, regional sülh və sabitliyi azaldır”.

Bu səbəbdən də F-16-ların Türkiyəyə satışına qarşı çıxmağın lazım olduğunu iddia edən siyasətçilər, Blinkendən 30 gün ərzində Türkiyəyə F-16 satışının son vəziyyəti ilə bağlı məlumat verməsini tələb ediblər.

Məktubda “ABŞ rəhbərliyinin Türkiyə-ABŞ münasibətləri üçün hansı addımlar atdığını da öyrənmək istəyirik. ABŞ-ın Türkiyədəki səfiri Jeff Flake getməzdən əvvəl deyib ki, Türkiyə Rusiyadan yeni silah sistemi alarsa, CAATSA sanksiyalarına məruz qalmalıdır”,- deyə bildirilir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »