Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya ZAES-ə görə məsuliyyət daşıyır - MTİ
Rusiya ZAES-ə görə məsuliyyət daşıyır - MTİ

Rusiya ələ keçirilən Zaporojye Atom Elektrik Stansiyasına və ətrafına edilən kinetik hücumlara görə məsuliyyət daşıyır, baxmayaraq ki, Ukraynanı günahlandırmağa çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə Müharibə Tədqiqatı İnstitutunun hesabatında deyilir.

Analitiklər qeyd ediblər ki, Zaporojye AES cəbhə xəttindən uzaqda olsa da və Ukrayna Silahlı Qüvvələrinin qaçılmaz hücumuna məruz qalmasa da, Rusiya hərbçiləri nüvə obyektini hərbiləşdirib.

"Rusiya Atom Elektrik Stansiyasına hücumlarda Ukrayna qüvvələrini günahlandırır, lakin hələlik etibarlı sübut təqdim etməyib. Baxmayaraq ki, Rusiya Federasiyası əraziyə nəzarət edir və Ukraynadan qat-qat asanlıqla daha inandırıcı sübutlar təqdim edə bilər”.

Ukrayna mətbuatı məlumat verib ki, işğalçıların hərəkətləri nəticəsində tarixdə ilk dəfə olaraq Zaporojye AES elektrik şəbəkəsindən tamamilə ayrılıb. Bir müddət sonra Zaporojye AES Ukraynanın VL-750 kV-luq "Dneprovskaya" hava xətti ilə əlaqəni bərpa etdi. Altı blokun hamısı elektrik xəttinin bərpasından sonra işlək vəziyyətə gətirilib.

Qeyd olunur ki, Rusiya martın 4-dən ZAES-ə nəzarət edir. İşğalçılar stansiyanın ərazisini dəfələrlə atəşə tutub. Stansiyanın bir sıra obyektlərə ziyan vurulub. Ukrayna Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən kömək istəyib, Aİ və dünyanın 40-dan çox ölkəsi Rusiyanı dərhal qoşunları və şəxsi heyəti çıxarmağa çağırıb.

Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razılaşarsa, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Prezident Vladimir Zelenski BMT-nin baş katibi ilə görüşdən sonra bildirib ki, missiya Ukraynanın azad ərazisindən qanuni yolla tez və təhlükəsiz şəkildə stansiyaya daxil ola bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »