Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə telefonla danışıb
BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə telefonla danışıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, Abdullahiyan bildirib ki, ABŞ dünən İranın təkliflərinə cavab verib və indi bu cavab araşdırılır.

İran XİN rəhbəri siyasi müdafiə məsələlərinin həllinin zəruriliyini vurğulayıb.

BMT-nin Baş katibi də razılaşma prosesini müsbət qiymətləndirib və İranın mövqeyini konstruktiv hesab edib. Quterreş Vyana danışıqlarının müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »