Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeddi ölkə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edir
Yeddi ölkə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edir

Avropa İttifaqının yeddi ölkəsinin parlamentlərinin xarici əlaqələr komitələri Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “European Pravda” məlumat verib.

Bildirilir ki, birgə bəyanatı Estoniya, Latviya, Litva, Finlandiya, Polşa, Çexiya və Danimarka nümayəndələri imzalayıblar. Komitə rəhbərləri bildiriblər ki, Kremlin başlatdığı müharibə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. "Avropa sərhədləri daxilində işğal və insanların amansızlıqla qətlə yetirilməsi, yaşayış məskənlərinin dağıdılması, insanların evlərini atıb getməsinə səbəb olduğuna görə, İttifaq dövlətləri Kremilə qarşı daha sərt mövqe göstərilməsini tələb edirlər", - deyə komitənin məsələ ilə bağlı açıqlamasında qeyd edilir.

Yeddi ölkə Avro-Atlantik ictimaiyyəti və tərəfdaşlarından Rusiya Federasiyasını təcavüzü davam etdirmək imkanından məhrum etmək üçün dərhal Rusiyaya qarşı hərtərəfli sanksiyaları gücləndirməyi və həyata keçirməyi tələb edir.

Onlar həmçinin Ukraynaya hərbi, maliyyə, humanitar, diplomatik dəstəyin artırılmasına, hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi təşəbbüslərinin dəstəklənməsinə, Rusiya Federasiyasının beynəlxalq və regional təşkilatlarda təcrid olunmasına və Moskvaya qarşı yuxarıda göstərilən bütün tədbirlərin Belarusa qarşı tətbiqinə çağırıblar.

Bundan əlavə, bəyanatda Aİ ölkələrindən turist vizalarını dərhal dayandırmağa və ruslar üçün vizaların verilməsini məhdudlaşdırmağa çağırılıb.

Qeyd edək ki, adı çəkilən ölkələr bir neçə gün əvvəl Rusiya vətəndaşlarına viza verilməsini məhdudlaşdımaq barədə qərar veriblər. Qərar, istisna hallar nəzərə alınmaqla növbəti ayın əvvəlindən qüvvədə olacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »