Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndi Rusiya ilə danışıqların Ukrayna və Avropaya faydası olmayacaq
İndi Rusiya ilə danışıqların Ukrayna və Avropaya faydası olmayacaq

Müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar indi həm Ukrayna, həm də Avropa üçün sərfəli deyil.

Bizimyol.info xəbər verir ki, bunu Almaniyanın “Bild” nəşrinə müsahibəsində Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, istənilən müvəqqəti barışıq gələcəkdə Rusiya Federasiyası tərəfindən təcavüzün davam etdirilməsinə zəmin yaratmış olacaq.

"Bu gün aparılan danışıqlar prosesi başa çatmayacaq müharibədə müvəqqəti atəşkəs razılığı əldə olunacaq. Müvafiq olaraq, Rusiya Federasiyası bunu qələbə hesab edəcək və öz ekspansionist siyasətini təbliğ etmək iddiasını davam etdirəcək. Ona görə də indiki zamanda atəşkəslə razılaşmaq müəyyən müddətdən sonra müharibənin növbəti mərhələsinin başlamasına zəmin yaratmaq olacaq”, - Podolyak bildirib.

O qeyd edib ki, müharibə tam başa çatmasa, bir çox vətəndaşımız Ukraynaya qayıtmayacaq və investisiyalar gəlməyəcək.

"Bu, böyüyən və davamlı olaraq Avropaya təzyiq göstərəcək "boz zona" olaraq qalacaq. Avropa bu ərazini hansısa formada canlı vəziyyətdə saxlamaq üçün daim buraya böyük məbləğdə pul yatırmağa məcburiyyətində qalacaq ki, bu da orta və uzunmüddətli perspektivdə Avropa üçün sərfəli deyil”, - Podolyak bildirib.

Bundan əlavə, danışıqlar Rusiyanı iqtisadi, siyasi və diplomatik baxımdan daha dikbaş davranışa sövq edəcək.

Podolyak əlavə edib ki, Ukraynada müharibə səbəbindən həyat keyfiyyəti xeyli aşağı düşüb: "Avropada da müəyyən dərəcədə sosial çətinliklər olacaq. Ancaq bu, İkinci Dünya Müharibəsindən bəri olmayan belə gərgin müharibənin nəticəsidir. Əgər hər zaman ödəmək istəmirsinizsə, bu müharibə lazımi qaydada başa çatmalıdır", -deyə o vurğulayıb.

Prezident Aparatı rəhbərinin müşaviri bildirib ki, işğalçı ilə süh danışıqlarına yalnız Kremlin Ukraynanı məğlub etmək üçün son ümidləri puça çıxdıqdan sonra başlamaq olar. “Yalnız Rusiya daha müharibə apara bilməyəcəyini anladıqdan və Ukrayna sərhədlərinin əks tərəfində yerləşəndən sonra sülh danışıqları baş tuta bilər”, - Podolyak bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »