Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan millisinin iki futbolçusu Çexiya klubunda
Azərbaycan yığmasının daha iki futbolçusu Çexiyanın “Slavya” klubuna yollanıb.

Oxu.Az xəbər verir ki, müdafiəçi Amin Seydiyevlə hücumameyilli yarımmüdafiəçi Rövlan Muradov hazırda Praqa təmsilçisinin düşərgəsində yer alıblar.

Müqavilə ilə “Qəbələ” klubuna məxsus olan 19 yaşlı futbolçular yanvarın 28-dək bu komandada baxışda olacaqlar.

Qeyd edək ki, daha əvvəl 19 yaşadək millimizin kapitanı Fərid Nəbiyev bu kluba yollanıb və “Slavya” ilə 3 illik müqavilə bağlayıb.

Son xəbərlər
Bütün xəbərlər »