Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zığ duzlu gölü: İnsanlar bu palçığı niyə bədənlərinə çəkirlər?
Zığ duzlu gölü: İnsanlar bu palçığı niyə bədənlərinə çəkirlər?

Duzlu göl... Əslində suyunun tərkibində müxtəlif faydalı madədlər olan, suyu duzlu olan və təbii şəkildə yaranan göllərə duzlu göl deyilir. Azərbaycan ərazisində neçə belə duzlu göl var. Məsələn Masazır qəsəbəsində olan duzlu göl, əvvəllər vətəndaşlar “mÜalicə” mənbəyi olsa da, ərazi şirkətlərdən birinə verildikdən sonra, dəmir barmaqlıqlarla çərçivələndi. Şirkət hesab edirdi ki, gölə gəlib əl-ayağını yuyanlar, çimənlər gölü xəstəlik mənbəyi çevirə bilər. Baxmayaraq ki, hələ də bir çox qəsəbələrin kanalizasiya suları bu gölə axıdılır.

Bu dəfə Masazır duz gölündən danışmaq niyyətimiz yoxdur. İndi uzun illərdir ki, ətraf qəsəbələrin “istirahət mərkəzinə” çevrilmiş, ucuz və keyfiyyətsiz Zığ-Hövsan yolu üzərində olan Zığ duzlu gölündən danışacağıq. Dəfələrlə bu gölün xəstəlik mənbəyi olduğu qeyd edilərək, göldə çimmək qadağan edilib. Görünür ki, bu qadağa sadəcə kağız üzərindədir. Bir də ki, bu gölə üstünlük verən vətəndaşa kim deyə bilər ki, "gölə gəlmə"? Heç kim!

Öncə qeyd edək ki, göl uzun illərdir ki, hasarlanıb. Əvvəllər gölü Qarabağ müharibəsi zaanı qaçqın düşmüş vətəndaşlar götürərək, istirahət mərkəzi kimi işlədirdi. Sonra bir ara dedilər ki, ərazini keçmiş baş nazir Novruz Məmmədov həyat yoldaşı məcburi köçkünlərin əlindən alıb. Hətta bir neçə il öncə köçkünləri oradan çıxarmağa da çalışdılar. Çalışdılar, amma heç nə əldə etmək mümkün olmadı. “Eyni hamam, eyni tas”. Yəni alver davam edir. Duzlu gölə avtomobillə daxil olmağın qiyməti 1 manatdır. Geyim otaqları 50 qəpik, duş kabinləri 50 qəpik, palçıq 50 qəpik. Qiymətlərin belə ucuz olması insan axınına səbəb olur. Əslində duzlu göl ətrafında olan avtomobillərlə nəzər salsan, görərsən ki, heç də gələnlərin hamısı “maddi çətinliyi olub, baha yerlərə gedə bilməyən insan” deyil..

Maraqlıdır, sakinlər niyə bu gölü seçir?

Göl kənarında istirahət edən, əvvəlcə bir qədər üzüb sonra bədənini palçığa bulayan Bakı sakini Əliyar Abbasov Bizimyol.info xəbər portalının suallarını cavablandırarkən deyir ki, uzun illərdir bu gölə gəlir, bədənini palçıqlayır və günün altında günəşlənir. Elə bu səbbədən də qışda ağır xəstələnmir. Hətta bu yay aylarında göldə çimib, günəşdə qaraldığı üçün korona virusunu da rahatlıqla keçirib.

Gölə istirahətə gələn insanlar gölün suyunun sağlamlıq üçün zərərli olduğu fikirnə inanmır və bunu nağıl, uydurma hesab edirlər. Məsələn Zaur İbadov deyir ki, bir neçə ildir ki, bura istirahətə gəlir. Amma hələ ki, heç bir sağlamlıq problemi yaşamayıb. Göl haqqında deyilən fikirlərə gəldikdə, Zaur İbadov hesab edir ki, məqsəd onsuz da sıxıntı ilə yaşayan əhali qrupunun istirahət yerini mənimsəməkdir. Elə buna gör də deyirlər ki, “gölün suyu zərərlidir”. Əslində isə, bu göüln suyu sağlamlıq üçün faydalı imiş...

Düzünü desək, göldə üzən, günəşdə yanan əhaliyə baxdıqca düşüünrsən ki, “bəlkə mən yanılıram”. Axı, vətəndaş zərərli palçığı niyə bədəninə çəksin ki?

Xülasə, Zığ-Hövsan yoluna bir göl var, dövlət qurumları deyir "zərərlidir", vətəndaş da bunu etiraf etmək istəmir... Bəlkə siz gölə girməzsiniz, amma dediklərimə şahid olmaq üçün bir dəfə də olsa, gölə getməyə dəyər. Necə ki, bunu avtomobili olmayıb, avtbusla gəlib və uzun yol qət edən vətəndaşlar edir...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »