Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, Azərbaycan dövlətinə qarşı ciddi bir təxribatdır"
"Bu, Azərbaycan dövlətinə qarşı ciddi bir təxribatdır"

Avqustun 22-də Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiyanın nəzarətində olan Xankəndi şəhərindəki Rusiyanın Bayraq günü qeyd edilib. Məlumata görə, onlarla erməni 100 metrlik uzunluğundakı Rusiya bayrağı ilə yürüş ediblər.

“Avqustun 22-də Xankəndində 100 metrlik Rusiya bayrağı ilə bir yürüş keçirilməyə uğursuz bir cəhd göstərilib. Hesab edirəm ki, bu bir neçə istiqamətdə Azərbaycan dövlətinə qarşı ciddi bir təxribatdır. Əvvəla Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında məqsədli şəkildə təxribat törətməyə çalışan Xankəndindəki separatçı qüvvələrin bu addımına göz yumulmamalı idi. Elə məhz bu addımın Rusiya və Azərbaycan arasında münasibətlərin ruhuna zidd atmosfer formalaşdırmaq, bu münasibətlərə xələl gətirmək məqsədilə atılan təxribat xarakterli bir addım olduğunu Rusiya sülhməramlı qüvvələri dərk etməli və tez bir zamanda reaksiya verilməli idi. Təxribatın qarşısı alınmalı idi”. Bu barədə Bizimyol.info xəbər portalına tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

O bildirib ki, bu Rusiya Azərbaycan arasında münasibətlərə, xüsusilə də 22 fevral 2022 tarixdə imzalanmış qarşı birgə fəaliyyət haqqında memorandumun ruhuna, Rusiya-Azərbaycan strateji müttəfiqliyinə və Rusiya-Azərbaycan liderləri arasındakı dostluq münasibətlərinə tamamilə ziddiyət təşkil edir. Eyni zamanda bu həm də Qarabağda son günlərini yaşayan separatçı qüvvələrin son cəhdləri kimi qiymətləndirməlidir. Laçın, Zabux və Sus yaşayış məntəqələrindən ermənilərin çıxarılmasından sonra separatçı qüvvələrə Ermənistanda və dünyadakı erməni diaspor təşkilatları, hətta Qarabağdakı ermənilərin belə inamı aradan qalxıb.

“Onlar ölüm qabağı son cəhdlərini nümayiş etdirirlər. Buna görə də, hesab edirəm ki, bu ciddi bir təxribatdır və bu təxribata Azərbaycan dövləti, Azərbaycan Xarici İşlər Nazirliyi sərt mövqeyini ifadə etməlidi və bölgədəki Rusiya sülhməramlı qüvvələrinin komandanlığından hesabat tələb olunmalıdır. Çünki, regionda ermənilərin hələ ki yaşadıqları, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məskunlaşdığı ərazilərdə prosseslərin axarına və eyni zamanda stabilliyin qorunmasına, təxribatların həyata keçirilməməsinə cavabdehlik məhz həmin qüvvələrin üzərindədir. Ona görə də bu addımların məsuliyyəti də birbaşa Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür” - deyə politoloq bildirib.

Ekspert hesab edir ki, Azərbaycan dövləti bu prossesə sərt reaksiya verməli və bundan sonra belə təxribat xarakterli addımların atılmasına, Rusiya-Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə biləcək hər hansı bir addımların reallaşdırılmasına imkan verilməməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »