Vladimir Putinin Kremlə gecəyarısı getməsi etməsi onun Ukraynadakı müharibədə yeni böyük addım atacağı ilə bağlı qorxulara səbəb olub.
Bizimyol.info xəbər veririr ki, "dailymail"in verdiyi məlumata görə, dünən gecə Rusiya prezidentini "Aurus" limuzini və təhlükəsizlik xidmətinin avtomobilləri yüksək sürətlə Rusiyanın hakimiyyət kürsüsünə getdiyi müşahidə edilib. Bu da Rusiyanın müharibədə əhəmiyyətli əməliyyat keçirməsi ilə bağlı fikirlərin yaranmasına səbəb olub.
Putin Kreml fonunda əsas elanları öncədən yazmaq vərdişi var. Onun altı ay əvvəl Ukraynada “xüsusi hərbi əməliyyatına” başladığı gecə çıxışının nümayişindən bir müddət əvvəl qeydə alındığı müzakirə mövzusu olmuşdu. Kremldən onun mahafizə dəstəsinin gecə yarısı Moskvanın mərkəzindən keçən qeyri-adi görüntüləri ilə bağlı hələ şərh verilməyib.
Rusiya prezidentnin korteji Kremilə doğru hərəkətini Ukraynanın Sovet İttifaqından azad olmasının 31 illiyini - Müstəqillik Gününü qeyd etdiyi vaxtla üst-üstə düşən, son vəhşi hücumunda Putinin raketlərinin dəmiryol vağzalına yağması nəticəsində 25 nəfərin ölümündən bir neçə saat sonra baş verib.
Görüntüləri ilk dəfə yayımlayan Telegram kanalı - 900 000 izləyicisi olan Z əməliyyatı: Rusiya Baharının Hərbi Komissarları - sonradan, ola bilsin, rəsmi təzyiq altında onu sildi, lakin digər qeyri-rəsmi vasitələr bunu göstərdi.
Putin Rusiyanın hakimiyyət kürsüsü olan Kremldə deyil, Moskva vilayətindəki rəsmi iqamətgahı Novo-Oqaryovoda, təxminən 20 mil məsafədə yaşayır.
Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Kirilo Timoşenko: "Çaplino kəndində xilasetmə və axtarış işləri başa çatıb. Yaşayış sahəsinin və dəmiryol vağzalının atəşə tutulması nəticəsində ikisi uşaq olmaqla 25 nəfər həlak olub. 11 yaşlı uşaq evin dağıntıları altında, digər 6 yaşlı uşaq isə vağzal yaxınlığında avtomobildə baş verən yanğın zamanı ölüb. Düşmənin hücumu nəticəsində 31 nəfər yaralanıb" - deyə hadisə barədə məlumat verərkən bildirib.
Qadir, Bizimyol.info