Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reznikov: "Tezliklə əqrəbin onurğasını qıracağıq"
Reznikov: "Tezliklə əqrəbin onurğasını qıracağıq"

Ukrayna Budapeşt memorandumunu imzaladığı qonşusuna güvənib, onun ordusuna əhəmiyyət vermirdi.

Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Hərbi Televiziyaya müsahibəsində deyib.

Nazir hesab edir ki, 2008-ci ildə NATO-ya qəbul olunsaydıq, nə Gürcüstanda, nə də Ukraynada müharibə olmazdı. Amma hazırkı tərəfdaş Alyansın sayəsində Ukrayna təcavüzkarı məğlub edə biləcək.

Reznikov qeyd edib ki, Rusiya indi orada olan xalqlar üçün həbsxanaya çevrilib: “Rusiya Federasiyasındakı müxtəlif millətlər və etnik qruplar rus əsgərləri timsalında xüsusilə ukraynalıları qarət edən və öldürən işğalçı funksiyalarını yerinə yetirirlər”.

“Bu gün biz ölkənin yaşaması üçün mübarizə aparırıq. Biz müstəqillik haqqımızı bir daha müdafiə edirik. 30 ildən artıq müstəqil yaşamışıq, öz sərhədlərimiz daxilində tam müstəqil ölkə yaratmışıq, ona görə də bu gün ordumuza əhəmiyyət vermədiyimiz üçün daha çox itkilər vermiş ola bilərik. Mütləq adını çəkə biləcəyim yeganə səhv odur ki, bizimlə Budapeşt Memorandumunu bağlayan qonşumuza qarşı çox güvəndik. Bu, digər zaminlərlə birlikdə beynəlxalq müqavilədir. Biz isə o qədər inanırdıq ki, öz ordumuza qulluq etmədən bir gün düşmənlə qarşı-qarşıya qalacağımızı düşünmədik. Bizim sizinlə yaşamaq savaşımız var və biz bu müharibədə sağ qalacağıq, tezliklə bu əqrəbin onurğasını qıracağıq”, - Reznikov bildirib.

Nazir əlavə edib ki, Ukrayna müharibənin ilk günlərindən siyasi sahədə qalib gəlir. Partnyor Alyansın sayəsində Ukrayna ordusu döyüş meydanında da qələbə çalacaq.

"Sual olunur: nə vaxt və nəyin bahasına? Bu gün bizim tərəfdaş Alyansın sayəsində Ukrayna itkiləri baxımından daha tez və daha asan qazanmaq şansımız var. İnanırıq ki, tərəfdaşlarımız bizimlə təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli perspektivdə işləməyə hazırdırlar”, - deyə o əlavə edib.

Reznikov həm də bu il ukraynalılar və dünya üçün "yaxşı və müsbət xəbər" olacağını elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »