ABŞ Kiyevə qırıcı təyyarələrin verilməsi imkanını nəzərdən keçirir, lakin hələlik yekun qərar verilməyib.
Bizimyol.info xəbər verir ki, bunu çərşənbə günü Pentaqonda keçirdiyi brifinqdə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul deyib.
"Hərbi rəhbərlik bu məsələni nəzarətdə saxlayaraq müzakirə etməkdə davam edir, lakin hələ ki, bununla bağlı yekun qərar verilməyib. Veriləcək qərarların nəticələri analaiz edilərək hər tərəfli öyrənilir. Pentaqon Ukraynanın vəziyyətinin anlayır və onlara bütün mümkün imkanlar vasitəsi ilə kömək etmək niyyətindədir", - o deyib.
Eyni zamanda, Kolun vurğuladığı kimi, Vaşinqtonun “indiki prioriteti” ondan ibarətdir ki, “ukraynalılar hazırkı münaqişənin gedişatına təsir etmək üçün indi əllərində olan təyyarələrdən istifadə edə bilərlər”.
“Gələcəkdə, məsələn, dördüncü nəsil təyyarələrə gəlincə, onlar Ukraynaya yalnız bir neçə ildən sonra gətiriləcək, hətta biz onları indi təqdim etsək belə, ona görə də biz onların hazırkı səylərini dəstəkləmək üçün lazım olan şeylərə diqqət yetirmişik”, - Pentaqonun sözçüsü əlavə edib.
Bundan əvvəl Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak demişdi ki, onun ölkəsinə Amerikanın köhnə "A-10 Warthog" hücum təyyarəsi lazım deyil: "İndi köhnə silahlarla müsir tetnologiyaya qarşı müharibə etmək mümkün deyil. Biz altı aydır bunu yaşayırıq. Kiyev "F-16" kimi daha müasir təyyarələr almağı gözləyir", - deyə o qeyd edib.
Military internet portalının məlumatına görə, Pentaqon nümayəndələri "A-10" hücum təyyarələrinin Kiyevə ötürülməsini istisna etməyiblər.
Qadir, Bizimyol.info