Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Rusiya hərbçiləri vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər. Zərbə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib. Xatırladaq ki, Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi. “Ukraynalılara ölkənin Müstəqillik Günündə təhlükəsizlik qaydalarına riayət etmək və hava hücumu siqnallarına etinasız yanaşmamaq tövsiyə olunur, çünki Rusiya işğalçıları sərt hücumlara əl ata bilər. "Sabah (bu gün-red) hamımız üçün vacib gündür. Və buna görə də bu gün təəssüf ki, düşmənimiz üçün də vacibdir. Biz bilməliyik ki, sabah Rusiyanın iyrənc təxribatları və qəddar zərbələri mümkündür", - dövlət başçısı deyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »