Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN başçısının müavini Dominikan Respublikasının yeni səfirini qəbul edib
XİN başçısının müavini Dominikan Respublikasının yeni səfirini qəbul edib

24 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Dominikan Respublikasının iqamətgahı Ankara şəhərində olmaqla Azərbaycan Respublikasına təyin olunmuş səfiri Elvis Antonio Alam Loranı qəbul edib.

Bu barədə Bizimyol.info-ya Xarici İşlər Nazirliyindən xəbər verilib.

Bildirilib ki, səfir etimadnaməsinin surətini nazir müavini E.Məmmədova təqdim edib.

Nazir müavini E.Məmmədov səfiri təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Dominikan Respublikası arasında coğrafi məsafəyə baxmayaraq, bir çox sahələrdə, xüsusilə turizm, humanitar və təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün potensialın mövcud olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Səfir E.A.A.Loran Dominikanın Azərbaycanla bütün müstəvilərdə əməkdaşlığının əhəmiyyətli olduğunu, xüsusilə iqtisadi əlaqələr olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir müavini səfirə 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı tərəfimizdən görülən tədbirlər, post münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Görüşün sonunda səfir bir daha ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində çalışacağını qeyd edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »