Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Ukraynaya rekord həddə yardım paketini açıqlayıb
Bayden Ukraynaya rekord həddə yardım paketini açıqlayıb

ABŞ prezidenti Bayden Müstəqillik Günündə Ukraynaya təxminən 3 milyard dollarlıq rekord hərbi yardım paketini açıqladı.

Bizimyol.info xəbər verir ki, müvafiq sənəd Ağ Evin saytında dərc olunub.

"Altı aylıq davamlı hücumlar yalnız ukraynalıların özləri, ölkələri və otuz bir illik müstəqilliyi üçün qürurunu gücləndirdi. Ukrayna xalqını dəstəkləmək öhdəliyimizin bir hissəsi olaraq mən bu günə qədər ən böyük təhlükəsizlik yardımı tranşını elan etməkdən qürur duyuram. Ümidvaram ki, bu Ukrayna xalqının tam mənada azdlığına qovuşmasına kömək olacaq və biz bunun tez bir zamanda başa çatmasını istəyirik. Qəhrəman xalqın quruculuq işlərində də yanlarında olacağımızı bildirmək istəyirəm", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Qeyd olunur ki, rekord hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri, döyüş sursatları, pilotsuz uçuş sistemləri və radarlar daxildir. Hansı miqdarda və nə vaxt gələcəyi isə hələ açıqlanmayıb.

"ABC News"un verdiyi məlumata görə, əvvəlki paketlərin əksəriyyətindən fərqli olaraq, yeni maliyyələşdirmə əsasən Ukraynaya orta və uzunmüddətli müdafiə mövqeyini təmin etməyə kömək etmək məqsədi daşıyır.

O cümlədən, Ukrayna Silahlı Qüvvələrinə düşməni ilk olaraq aşkarlamaq və onları gecə-gündüz dəqiq zərbələrlə məhv etməyə kömək edəcək “Puma” və “ScanEagle” döyüş pilotsuz təyyarələri daxil olacaq.

ABŞ-ın Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi hazırlaması barədə daha əvvəl məlumat vermişdik. Xüsusilə, "HIMARS", 1000 "Javelins" və yüzlərlə "AT4" tank əleyhinə sistemlər üçün əlavə sursatın olacağı qeyd olunurdu.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »