Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media: Putinin siyasətinə qarşı çıxan müxalifət qüvvələr güclənir
Media: Putinin siyasətinə qarşı çıxan müxalifət qüvvələr güclənir

Rus təbliğatçısı Daria Duqinanın qətlinə görə məsuliyyəti ruslar özləri üzərinə götürüb. Xatırladaq ki, avqustun 20-də Moskva vilayətində rusiyalı deputat Aleksandr Duqinin qızı Duqinin olduğu avtomobil partlayıb.

Bizimyol.info xəbər verir ki, "FreeDom" layihəsinin jurnalistlərinin yazdığı məqalədə bildirilir ki, 30 yaşlı qız atası kimi jurnalistika ilə məşğul olub və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyib.

Duqinanın ölümündə Ukraynanın əli olması ilə bağlı saxta xəbər dərhal Rusiya mediasını çalxalandırmağa başladı. Amma Ukrayna Prezidenti İdarəsi: “biz kriminal dövlət deyilik”, -deyə xəbəri dərhal təkzib etdi.

Qondarma Milli Respublika Ordusu - "Rus dünyası" ideoloqunun qızının ölümünə görə məsuliyyəti üzərinə götürüb. Bunu Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev açıq şəkildə deyib.

“Bu aksiya, son aylarda Rusiya ərazisində həyata keçirilən bir çox digər birbaşa partizan hərəkətləri kimi, Milli Respublika Ordusu tərəfindən həyata keçirilib. Həmçinin efirdə Ponomarev bu ordunun döyüşçülərinin manifestini oxuyub - onlar Putini hakimiyyəti qəsb edən və rus əsgərlərini qəti ölümə göndərən hərbi cinayətkar elan etdilər.

Ponomarev Duqinin ukraynalıları məhv etməyə çağırdığını da qeyd edib. Onun xüsusən də Mariupol müdafiəçilərinin öldürüldüyü Yelenovkada törədilən terror aktına bəraət qazandırmağına qrşı olduqlarını bildiriblər. O, bəyan edib ki, Milli Respublika Ordusu Rusiya hakimiyyətinə qarşı çıxmağa hazırdır. "Biz Rusiya Federasiyası hökumətinin və regional administrasiyalarının məmurlarını qəsbkarın şəriki elan edirik - səlahiyyətlərini tərk etməyənlər bizim tərəfimizdən məhv edəcəyik", - Dövlət Dumasının keçmiş deputatı MOR-inn sözlərini bildirir.

Lakin Rusiya müxalifətinin lideri Andrey Piontkovski hesab edir ki, Duqinanın ölümündə Rusiya Federasiyasının xüsusi xidmət orqanları əli olub. “Qətl çox peşəkarcasına təşkil edilib, bunun arxasında xüsusi xidmətlər dayanır, təbii ki, ruslar”, - deyə o qeyd edib.

Mütəxəssislərin fikrincə, Milli Respublika Ordusu kimi əvvəllər məlum olmayan qrupların bu cür səs-küylü bəyanatlarına inanmaq olmaz. Əvvəllər bu təşkiların mövcud olmasından heç kimin xəbəri yox idi. Buna görə də çoxları bunun "Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının texnologiyalarından biri" olduğuna əmindir.

Avqustun 22-də Rusiya Federal Təhlükəsizlik Xidməti Duqinanın qətlini “açdıq”ları ilə öyündü - onlar cinayəti iyunda 12 yaşlı qızı ilə Rusiyaya gələn 43 yaşlı ukraynalı Natalya Vovk tərəfindən törədildiyini iddia etdilər. Rusiya kəşfiyyatı Vovkun "Azov" alayında xidmət etdiyini iddia edir.

Daha sonra "Azov" alayı Rusiya FTB-nun bəyanatına reaksiya verib. Alaya dedilər ki, bu ad və soyadlı qadının "Azov"la heç bir əlaqəsi olmayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »