Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynaya ən böyük silah yardımı paketini hazırlayır
ABŞ Ukraynaya ən böyük silah yardımı paketini hazırlayır

ABŞ-dan gələn xəbərlər gözlərin yenidən Vaşinqtona çevrilməsinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Ukrayna müharibəsi 6-cı ayını arxada qoyub. Minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir, digər tərəfdən isə Ukraynaya silah verir.

Vaşinqton administrasiyası müharibə başlayandan bəri ölkəyə milyardlarla dollar dəyərində silah göndərib. Bu silahlarla Ukrayna hücumlar həyata keçirir. Rusiya isə yardımların qarşısını almaq üçün hər fürsətdə Qərbə xəbərdarlıq edir.

Son xəbərdarlığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov edib. Qərbin Ukraynaya silah verməklə Rusiya ilə müharibəyə girdiyini bildirən Lavrov Rusiyanın bu silahları hədəf alacağını bəyan edib.

Görünür, Lavrovun bu sözləri ABŞ-a təsir etməyib. Çünki ABŞ mətbuatının yazdığına görə, Bayden administrasiyası Ukraynaya indiyə qədər ən böyük silah yardım paketinin hazırlanmasına başlayıb.

“NBC News”-da yer alan xəbərə görə, sözügedən paketin həcmi 3 milyard dollar olacaq. Məlumata görə, ABŞ paketi bu gün, Ukraynanın Müstəqillik Günündə elan edə bilərlər.

Paketə hava hücumundan müdafiə, tank əleyhinə və pilotsuz uçuş sistemləri və rabitə vasitələrinin daxil ola biləcəyi də məlumatlar arasındadır.

Digər tərəfdən, Rusiya son həftələrdə ilk dəfə olaraq ABŞ-ı Ukraynadakı müharibədə birbaşa iştirakda ittiham edib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü iddia edib ki, ABŞ Amerika istehsalı olan “Himars” reaktiv yaylım atəş sistemini istifadə edərkən Kiyev qüvvələrinin hədəflərini təsdiqləyib. General-leytenant İqor Konaşenkov bildirib ki, Ukrayna rəsmiləri arasında aparılan danışıqlar bu əlaqəni üzə çıxarıb.

“Bayden administrasiyası Kiyev tərəfindən təsdiqlənmiş Donbas və digər bölgələrdə yaşayış məntəqələrinə və mülki infrastruktur obyektlərinə kütləvi ölümlərə səbəb olan bütün raket hücumlarına görə birbaşa məsuliyyət daşıyır”,- deyə Konaşenkov bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »