"ABŞ qlobal hegemonluğunu təmin etmək üçün Cənub-Şərqi Asiyada mövcud təhlükəsizlik arxitekturasını parçalamağa çalışır".
Bizimyol.info xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında bildirib.
“Bizim təşkilatın cənub cinahına - Cənub-Şərqi Asiyaya gəlincə, burada da mürəkkəb dövlətlərarası ziddiyyətlər kompleksi mövcuddur, proqnozlaşdırmaq çətin olan ssenari ilə gərginlik ocaqları formalaşır.
Qlobal hegemonluğu təmin etmək üçün Vaşinqton regional təhlükəsizlik arxitekturasını parçalamağa çalışır”, - deyə Şoyqu bildirib.
O qeyd edib ki, bu məqsədlə QUAD (ABŞ, Yapiniya Avstraliya və hindistan) və AUKUS (Avstraliya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları) kimi hərbi-siyasi bloklar yaradılır.
“Region dövlətləri NATO ilə əməkdaşlığa cəlb olunur. Avropaya bənzətməklə, Çini cilovlamaq üçün cəbhə qurulur. Qondarma Tayvan problemi məqsədyönlü şəkildə kəskinləşir, Cənubi Çin və Şərqi Çin dənizlərində ərazi mübahisələri qızışır”, - Şoyqu bildirib.
Onun sözlərinə görə, bu regionda təhlükəsizlik yalnız ASEAN-ın mərkəzi rolu və digər çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmləri ilə bütün dövlətlərin maraqları nəzərə alınmaqla birgə səylərlə təmin edilə bilər.
“Biz öz tərəfimizdən Rusiyanın Qırğızıstan və Tacikistandakı hərbi bazalarının, eləcə də mümkün böhran vəziyyətlərinə qarşı digər cavab qüvvələrinin döyüş hazırlığını artırırıq”, - o deyib.
Şoyqunun sözlərinə görə, İŞİD və “Əl-Qaidə” kimi beynəlxalq terror təşkilatlarının fəallaşdığı regionda vəziyyət daha da aktivləşir. “Əfqanıstan Mərkəzi Asiyada ciddi təhlükəsizlik problemi olaraq qalır. Ölkədə davam edən silahlı qarşıdurma fonunda sosial-iqtisadi vəziyyət pisləşir, dini radikalizm ideologiyası aşılanır, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlıq çiçəklənir”, - deyə nazir bildirib.
O vurğulayıb ki, Moskva Əfqanıstan nizamlanması üzrə istənilən beynəlxalq təşəbbüsləri alqışlayır və Mərkəzi Asiya regionunda təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görür.
“İyun ayında Rusiya paytaxtında Mərkəzi Asiya ölkələri və Rusiya Federasiyasının müdafiə idarələri rəhbərlərinin ilk görüşü keçirilib, bu görüş zamanı Əfqanıstan istiqamətində vəziyyət və onun sabitləşdirilməsi yolları nəzərdən keçirilib. Biz inanırıq ki, bu cür görüşlərə ŞƏT-in ərazisində də tələbat olacaq, o cümlədən hüquq-mühafizə orqanlarımız arasında koordinasiyanı gücləndirmək, xüsusən Əfqanıstan ŞƏT-də müşahidəçi dövlət olduğu üçün”, - Rusiya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib.
Qadir, Bizimyol.info