Rusların Ukraynaya hücumu üçün ölkəsinin ərazisini təmin edən və müharibədə Vladimir Putinin şərikinə çevrilən Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Belarus prezidentinin təbrik mətni dünya mediası tərəfindən Ukraynanı və ukraynalıları məsğərəyə qoyurmuş kimi qəbul edilib.
Bizimyol.info Belarus Respublikası prezidentinin saytına istinadən xəbər verir ki, Lukaşenkonun birbaşa təbrikində deyilib: "Mən əminəm ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək. Belarus bundan sonra da harmoniyanın qorunub saxlanması, əməkdaşlığın inkişafı, bütün səviyyələrdə mehriban, qarşılıqlı hörmətə əsaslanan təmasların tərəfdarı olacaq”.
Nə qədər qəribə səslənsə də, Lukaşenka həmçinin ukraynalılara “dinc səma, tolerantlıq, cəsarət, güc və layiqli həyatın bərpasında uğurlar” arzuladığını da bildirib.
Xatırladaq ki, fevralın 24-də Rusiya bir neçə istiqamətdən, o cümlədən Belarus ərazisindən Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayıb.
Qoşunlarını Ukraynanın şimal vilayətlərindən çıxardıqdan sonra da Rusiya Federasiyası Belarusdan raket zərbələri endirməkdə davam edir.
Avqustun 24-də müharibənin düz yarım ili tamam olur və Ukrayna müstəqilliyinin 31-ci ildönümünü qeyd edir.
Xatırladaq ki, müharibənin ilk günlərində Rusiya Belarus ərazisindən hücumlar təşkil etsə də, sonradan bu hücumlar dayandı. Rusiya prezidenti Vladimir Putin Belarusu birbaşa müharibəyə çəkmək istəsə də, Lukaşenko buna cəsarət etmədi. Dünya birliyinin hədələrindən çəkinən Lukaşenko davranışına düzəlişlər etməyə başladı. Məsələ ondadır ki, Putin hakimiyyətini itirsə, Lukaşenkonu da "məşhər" gözləyir. O üzdən Lukaşenko zaman-zaman Avropa Birliyi ilə dialoqa da can atır.
Leyla, Bizimyol.inf